Bakıda 26 yaşlı kişi bıçaqlandı
Bakıda mübahisə zamanı 26 yaşlı oğlan bıçaqlanıb.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonu,Binəqədi qəsəbəsi DSK yolu adlanan ərazidə baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Rzayev Fərrux Elşən oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən belindən bıçaq zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır. oxu.az

