Kriminal 

Altıağac meşəsində 267 çətənə kolu məhv edildi – FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsində yerləşən meşəlik ərazidə yabanı halda bitmiş hündürlüyü 80-220 sm olan 267 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.

Read More
Kriminal 

İki xalaoğlu qadını qarət edib, maşında təcavüz etdilər – BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

Bakıda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən, ona qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. ARANTV.AZ olke.az-a istinadən xəbər verir ki, onların müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Rizvan Səfərovun sədrliyi ilə avqust ayının 28-də keçiriləcək. İttihama görə, Xətai rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər…

Read More
Kriminal 

Bakıda silahlı şəxs tutuldu

Keçmiş məhkumdan silah götürülüb. Bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 ədəd patron götürülüb.

Read More
Kriminal 

Bakıda qayınanasını vəhşicəsinə döyən kürəkəndən xəbər var

Bakıda qayınanasına xəsarət yetirən kişi həbs edilib. Bu barədə azxeber.com-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, Xəzər rayonu Buzovna qəsəbəsində Ağdaş rayonu Ləkə qəsəbəsində qeydiyyatda olan 1984-cü il təvəllüdlü Elnur Bayramov qayınanasına bədən xəsarətləri yetirilməsi faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb: “İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri hərəkətləri həyata keçirilib. İstintaqla Elnur Bayramovun G.Abdullayevaya sağlamlığına…

Read More
Kriminal 

BŞBPİ Tolikə cavab verdi: Polisə qarşı irəli sürülən ittihamlar yalandır, əsassızdır

Bakı Şəhər Baş Polis İdarəsi teleaparıcı Tarix Əliyevin (Tolik) polis haqqında iddialarına cavab verib. ARANTV.AZ xəbər verir ki, İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin “Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialar səsləndirib: “Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur: “Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”.…

Read More
Kriminal 

Qız sevgilisini bıçaqladı, yanında oturub, siqaret çəkdi – Model ola bilərdi, həbsə girəcək… – FOTO

Yaponiyadakı cinayət hadisəsi dünya mediasının diqqətini çəkib. ARANTV.AZ news.com.au-ya istinadla xəbər verir ki, Yaponiyada 21 yaşlı Yuka Takaoka adlı qız küçədə sevgilisini bıçaqlayıb. Phoenix Luna adlı oğlanla birlikdə yaşayan Yuka onu qarnından bıçaqladıqdan sonra yanında oturaraq siqaret çəkib. O, hadisə yerinə gələn polislərə belə əhəmiyyət vermədən telefonla danışıb. Hadisə şahidləri gördükləri “mənzərə”dən dəhşətə gəliblər. Onlar həmin anları mobil telefonla kameraya çəkiblər. Qızın bıçaqladığı sevgilisinin yanında oturub siqret çəkməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Lakin, qızın gözəlliyi də müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri, xüsusən də, oğlanlar belə gözəl qıza cinayəti yaraşdırmadıqlarını qeyd edib,…

Read More
Kriminal 

Bacısını öldürüb, sonra yandırdı — Hacıqabuldakı DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Bacısını qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan 1997-ci il təvəllüdlü Hadıyev Namaz Mobil oğlu Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə avqust ayının 27-də keçiriləcək. Qeyd edək ki, Namaz Hadıyev, bacısı – 1998-ci il təvəllüdlü Hadıyeva Gövhər Mobil qızını Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasında olan ərazidə qətlə yetirib. Üzərində 38 bıçaq yarası olan meyit Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb. Qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Gövhər Hadıyevanın bir il…

Read More
Kriminal 

Bakıda qadını bıçaqlayan şəxsin şok cinayəti üzə çıxdı – RƏSMİ MƏLUMAT

Bakının mərkəzində bıçaqlanma hadisəsi baş verib. Avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qurbanlı tutulub. Ətrafında aparılmış tədbirlərlə onun avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək quldurluq yolu ilə 70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması da müəyyən edilib. Nəsimi RPİ tərəfindən araşdırma aparılır. publika

Read More
Kriminal 

Bakıda dəhşətli dava: Taksi sürücüsü transı döydü – VİDEO

Bakıda transla taksi sürücüsü arasında dava olub. ARANTV.AZ  xəbər verir ki, Bakı şəhəri, 20 yanvar ərazisində taksi sürücüsü ilə trans arasında əlbəyaxa dava olub. Hadisə ətrafda olan mağazanın təhlükəsizlik kamerasına düşüb. Ətrafda olan insanlar kömək etmək istəsələr də, ancaq bacarmayıblar. Taksi sürücüsü transı döyməyə davam edib. Hadisənin hansı səbəbdən baş verməsi bəlli deyil. Həmin görüntüləri təqdim edirik:  AZXEBER.COM

Read More
Kriminal 

Parkda sevgilisini öldürən qadının – MƏHKƏMƏSİ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. ARANTV.AZ  “Ölkə.Az”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi avqust ayının 28-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib. Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində…

Read More