Kriminal 

NAMUS üstündə GÜLLƏLƏNMƏ: İxtiyar Soltanov Mikayılı ÖLDÜRDÜ — Arvadını sevirmiş

Hacıqabul rayonunda qohumuna odlu silahdan atəş açaraq öldürmək istəməkdə təqsirli bilinərək məhkum olunan Soltanov İxtiyar Tofiq oğlu Ali Məhkəməyə müraciət edib. Onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə avqust ayının 28-də keçiriləcək. Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Nəvahi qəsəbəsində baş verib. 2015-ci il mayın 29-u gecə saat 04 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib. İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və…

Read More
Kriminal 

Nazirlik Nabranda törədilən dəhşətli qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Xaçmaz rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. ARANTV.AZ xəbər verir ki, avqustun 15-də Xaçmaz rayonunun Nabran qəsəbəsinə bitişik Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla onu vurub qətlə yetirməsi müəyyən edilibr. Qəsdən adam öldürməkdə şübhəli bilinən T.Mürsəlov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.BiG.AZ

Read More
Kriminal 

Bakıda poçt şöbəsində bıçaqlanma

Bakıda maskalı şəxslər poçta hücum ediblər. ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, avqustun 15-də saat 17 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 146 saylı poçta basqın olub. İki nəfər maskalı şəxs poçta girərək orada işləyən Eyyub İsgəndərovu bıçaqla hədələyib pul tələb ediblər. E.İsgəndərov pul verməyərək həmin şəxslərə müqavimət göstərib və əlbəyaxa dava ediblər. Poçtdan pul götürə bilməyən şəxslər sonda E.İsgəndərovu bıçaqlayaraq hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

QANLI OLAY: Oğuz sakinini ürəyindən bıçaqlayıb öldürdülər

Oğuz rayonunda bıçaqlanma olub. ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Bucaq kəndində qeydə alınıb. İlkin məlumatlara görə, iki nəfər arasında yaranan mübahisə digərinin ölümü ilə nəticələnib. Ürəyindən bıçaq yarası alan kənd sakini yerindəcə dünyasını dəyişib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.Sonxeber.az

Read More
Kriminal 

QANDONDURAN CİNAYƏT: Qardaşı arvadını diri-diri yandırdı… – TƏFƏRRÜAT

Bakıda qardaşı arvadını diri-diri yandıraraq qətlə yetirməkdə təqsirli bilinərək məhkum olunan İlkin Əsgərov Ali Məhkəməyə müraciət edib. Onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Tahir Kazımovun sədrliyi ilə sentyabr ayının 11-də keçiriləcək. Qeyd edək ki, dəhşətli qətl hadisəsi Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. İlkin Əsgərov ailə münaqişəsi zəminində qardaşının arvadı Xatirə Əsgərovanı üzərinə benzin tökərək yandırıb. Zərərçəkmiş aldığı xəsarətlərdən hadisə yerində keçinib. Amma İlkin Əsgərov məhkəmədə deyib ki, qardaşı arvadını yandırmaq niyyəti olmayıb. O, benzin tökərək yaşadıqları evi yandırmaq istəyib. Bu zaman Xatirə Əsgərova ona müdaxilə edib və…

Read More
Kriminal 

Bakıda DƏHŞƏTLİ OLAY: Qonşusunu “atvyortka” ilə vurdu… – TƏFƏRRÜAT

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinən Bayramağa Novruzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. Qeyd edək ki, hadisə bu il aprelin 12-də günorta saatlarında Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən parkda baş verib. 68 yaşlı Bayramağa Novruzov mübahisə zəmnində qonşusu 57 yaşlı Əfqan Qurbanovu “atvyortka” ilə qarnından vuraraq xəsarət yetirib. Bayramağa Novruzov şübhəli şəxs qismində tutulub. (olke)

Read More
Kriminal 

Azərbaycanlı toy kortejində “Range Rover”dən çıxıb atəş açdı

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı “Range Rover” markalı avtomobildən travmatik silahla havaya atəş açıb. ARANTV.AZ  virtualaz.org-a istinadən bildirir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib. Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb. Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan “Grand Power” markalı tapança götürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə,…

Read More
Kriminal 

Beyləqanda qanlı hadisə – YARALI XƏSTƏXANADA ÖLDÜ

Beyləqan rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ ölkə.az-a istinadən bildirir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. Rayon sakini Savalan Qasımov həmyerlisi tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Savalan Qasımov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.

Read More
Kriminal 

Qanlı hadisə — YARALI XƏSTƏXANADA ÖLDÜ

Beyləqan rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Kəbirli kəndində qeydə alınıb. Rayon sakini Savalan Qasımov həmyerlisi tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Savalan Qasımov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.ölkə.az

Read More
Kriminal 

Çeçenistan vətəndaşının öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Dünən axşam saatlarında Sumqayıt şəhərində Çeçenistan vətəndaşının qətlə yetirilməsi hadisəsi ilə bağlı cinayət işi açılıb. Sumqayıt şəhərinin sənaye zonasında, Gübrə zavodunun yaxınlığında Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı 1975-ci il təvəllüdlü Bislan Bakayevin bıçaqlanaraq öldürülməsi hadisəsi ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş açılıb. Artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edək ki, B.Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib. (publika)

Read More