Kriminal 

Həbsdə olan şəxsə xüsusi üsulla gizlədilmiş narkotik çatmadı – FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Turxan Elxan oğlu Həsənliyə tanışı Abşeron rayon sakini Nurayə Vilayət qızı Kərimovanın gətirdiyi sovqata və əşyalarına baxış keçirilən zaman sovqatın içərisində 0,5 kiloqram çəkidə olan şəkər tozuna qarışdırılaraq xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 2,487 qram olan psixotrop maddə – metamfetamin və ona məxsus əl çantasının içərisində 6 ədəd bükülüdə ümumi çəkisi 27,203 qram olan narkotik maddə…

Read More
Kriminal 

İranlı narkotacirin 10 kiloqram narkotikini satmaq istəyənlər tutuldular – FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Elgün Cəbrayılov və Abşeron rayon sakini Ehtibar İsmayılov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı Elgün Cəbrayılovun əlindəki torbanın içərisindən ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 5 kiloqram 400 qram heroin, 3 kiloqram 700 qram həşiş qətranı, 2 kiloqram marixuana və 200 ədəd metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onların İranda yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyi və aşkarlanan narkotik vasitəni Bakı…

Read More
Kriminal 

Başqası ilə yazışan arvadının ölümünə səbəb olan ər həbs edildi – FOTO

Ötən il Göyçayın Şahsoltanlı kəndində yerləşən fermada 1993-cü il təvəllüdlü Münəvvər Məmmədovanın intiharı ilə əlaqədar onun əri həbs edilib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, intihar hadisəsindən sonra M.Məmmədovanın əri – İsmayıllı rayonu Gideyli kənd sakini, 1992-ci il təvəllüdlü Sahil Məmmədova cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 125 və 128-ci (özünü öldürmə həddinə çatdırma və qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış işə təqsirləndirilən şəxs qismində cəlb edilib. Daha sonra cinayət işinin materialları Göyçay Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, 3 uşaq anası olan M.Məmmədovanı həyat yoldaşı intihar həddinə…

Read More
Kriminal 

Xaricə kuryerlik edən şəxs Ucarda avtomatla saxlanılıb – FOTO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun əlində olan torbaya keçirilən baxış zamanı bir ədəd atəşə yararlı “AK-74” markalı avtomat və bir ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə…

Read More
Kriminal 

Rusiyada manyak-pedofil ələ keçdi

Moskva vilayətinin Yeqoryevsk şəhərində yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılığın bir neçə epizodu üzrə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin regional bölməsinin mətbuat xidməti məlumat yayıb. Saxlanılan şəxs bir il ərzində cinayətlər törədib. Onun qurbanları 10-13 yaş arası beş uşaqdır. Bu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətlərdən xəbər tutublar. Uşaqlar pedofili təsvir edərək, onun motosiklet sürdüyünü deyiblər. Cinayətkarın portreti tərtib edilib və bir neçə məşhur “Telegram” kanalında yerləşdirilib. Tezliklə şübhəlinin şəxsiyyəti müəyyən edilib, onun 46 yaşlı yerli sakin olduğu məlum olub və o, artıq saxlanılıb. Yaxın vaxtlarda şəxs…

Read More
Kriminal 

Azyaşlı qızının gözü qarşısında anasını öldürən kişidən YENİ XƏBƏR

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib Astara rayon prokurorluğundan ARANTV.AZ-a verilən məlumata görə, bu il martın 13-də Astara rayon Maşxan kənd sakini 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla 1993-cü il təvəllüdlü Yusif Verdiyevin evə qanunsuz daxil olmaqla yatmış vəziyyətdə olan keçmiş arvadı Gülşən Qurbanovanı azyaşlı qızının gözü qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.   Toplanmış sübutlar əsasında Yusif Verdiyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla və təqsirkar şəxs…

Read More
Kriminal 

Yardımlıda 1,5 tondan artıq xaşxaş kolu məhv edilib – FOTO

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Yardımlı rayonunun Alar kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 500 kiloqramdan artıq olan 10 min ədədə yaxın xaşxaş kolu çıxarılıb və yandırılaraq məhv edilib.  

Read More
Kriminal 

Bakıda dəmir yolundan minlərlə manatlıq oğurluq edən şəxs TUTULDU – FOTO/VİDEO

Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və Polis Şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torlar isə polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları…

Read More
Kriminal 

İranda həbs edilən Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq

İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb. Bu barədə APA-ya onun anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb: “Oğlumun səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. Üç dəfə məhkəməsi keçirilib. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki məhkəmədə fars dilini bildiyi üçün tərcüməçi verilməyib. Özü bu məsələdən narazıdır, çünki fars dilində bilsə də, hüquqi terminləri başa düşmür. Mən də ona dedim ki, məhkəmədən həm vəkil, həm də tərcüməçi tələb etmək…

Read More
Kriminal 

Bakıda keçmiş arvadını və oğlunu güllələyən şəxsə hökm oxundu

Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Dadaşov 9 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə ötən il noyabrın 13-ü paytaxtın Suraxanı rayonu ərazisində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq xəsarət yetirib.…

Read More