Kriminal 

Oğuzda beş tona yaxın narkotik tərkibli bitki məhv edilib – FOTO

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Bayan kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 4 ton 470 kiloqram olan 2 650 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.  

Read More
Kriminal 

Azərbaycanda vəzifəli şəxslər CƏZALANDIRILDI

axili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 21-də Şabran rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARANTV.AZ-a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Şabran şəhər, Dəvəçi və Aygünlü kənd bələdiyyələrinin sədrləri, Şabran şəhər Mənzil Kommunal Təsərrüfatının müdiri, “Dəvəçi Kolxoz” bazarının rəhbərliyi və…

Read More
Kriminal 

Körpələr evində KORRUPSİYA : 11 min manat…

Mingəçevir şəhər 10 saylı “Qərənfil” körpələr evi və uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti üzrə şəhər prokurorluğunda araşdırma aparılıb. Baş Prokurorluqdan ARANTV.AZ-a verilən məlumaat görə, araşdırma zamanı qeyd edilən müəssisənin sabiq direktoru Natəvan Cəfərovanın qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illərdə rəsmi sənəd hesab olunan işə davamiyyət cədvəlinə bilə-bilə yalan məlumatlar daxil etməklə əmək haqqı  ödənilməsinə şərait yaratması və nəticədə 11 min manatdan artıq dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə israf etmə), 179.2.4 (xeyli miqdarda…

Read More
Kriminal 

Azərbaycanda 26 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açıldı

Azərbaycanda 26 il əvvəl törədilmiş dəhşətli qətlin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda bildirilib. Məlumatda deyilir ki, ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam etdirilir. Bu istiqamətdə Bakı şəhəri Nizami Rayon Prokurorluğu və Rayon Polis İdarəsi tərəfindən 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktına dair başlanmış cinayət işi üzrə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Ədliyyə Nazirliyinin Penitensiar…

Read More
Kriminal 

Polis Abşeronda 147 sürücünü məsuliyyətə cəlb edib

Polis Abşeron rayonunda hüquqpozmalara qarşı profilaktik tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi və tabeli polis bölmələri iyunun 23-də rayon ərazisində hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər. Polis əməkdaşları tərəfindən hüquq pozuntularının profilaktikası – küçə ticarəti, avaralıq və dilənçilik, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə, səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər neqativ hallarla bağlı fəal iş aparılıb. Tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan dörd nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, “isti izlərlə” cinayətin açılması üzrə 6, narkotiklə…

Read More
Kriminal 

Bakıda müəmmalı qətl – Polis hərəkətə keçdi

İyunun 23-də saat 23 radələrində Nərimanov rayonu Hidayətzadə küçəsində 2003-cü il təvəllüdlü Kərimov İlham Hikmət oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.

Read More
Kriminal 

Ölkə ərazisində 15 tondan çox çətənə bitkisi məhv edildi – FOTO

Tərtər rayonunda iki tondan çox çətənə bitkisi məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xoruzlu kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 300 kiloqram olan 3200 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də “Xaşxaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,…

Read More
Kriminal 

Bakıda təmir-tikinti materialları satmaq adı ilə vətəndaşları aldadan şəxs tutuldu – VİDEO

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum olunmuş Quba rayon sakini Kənan Mirzəliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, Kənan Mirzəliyev zərərçəkəni ona dəyəri 6 400 manat olan təmir-tikinti materialları satacağı vədini verərək aldadıb. Həmin şəxs Kənan Mirzəliyevin kartına pulu köçürəndən sonra isə sonuncu onunla əlaqəsini kəsib. Saxlanılan şəxsin eyni üsulla paytaxt ərazisində daha bir neçə şəxsi aldatdığı da müəyyən edilib. Kənan Mirzəliyev barəsində 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu…

Read More
Kriminal 

Azərbaycanda general-mayorun həbs müddəti yenidən uzadıldı

Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun həbs müddəti yenidən uzadılıb.   “Report”un əldə etdiyi xəbərə görə, bu barədə qərar Səbail Rayon Məhkəməsində elan olunub.   Qərara əsasən, T.Həsənovun həbs müddəti daha 2 ay artırılıb.   Qeyd edək ki, general-mayor T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib.   Sabiq xidmət rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirləndirilir.

Read More
Kriminal 

Qazinin çənəsini qıran idmançı ev dustaqlığına buraxıldı – VİDEO

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, qazi Namiq Babayevə işinin icrası zamanı xəsarət yetirən idmançı Rəvan Nəbizadə barəsində həbs qətimkan tədbiri dəyişdirilib. “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, R.Nəbizadə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Prokuror qərardan narazı qalaraq protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, sağlamlığı qaydasında olmasına baxmayaraq, əlillik dərəcəsi almaq üçün komissiyaya gələn Rəvan Nəbizadə növbədənkənar müayinəyə daxil olmağa cəhd edib. N.Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq izahat verən zaman R.Nəbizadə…

Read More