Kriminal 

Zəngilanda sərhədi pozan erməni diversantların cinayət işində zərərçəkənlərin adları açıqlandı – YENİLƏNİB

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işində zərərçəkmişlərin adları açıqlanıb. Bununla bağlı APA məlumat yayıb. Bildirilib ki, iş üzrə 4 nəfər azərbaycanlı – Eltun Sərkərli, Rza Allahverdiyev, Asif Babaşov və İbrahim Şıxlarov zərərçəkən kimi tanınıb. 09:08 Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin məhkəmə iclasının vaxtı məlum olub. Pravda.az-ın əldə etdiyi məlumata görə, iş Sumqayıt Ağır…

Read More
Kriminal 

Azərbaycanda SEVGİ FACİƏSİ: Bütün kənd onu öldürməyə yığışmışdı

2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin “102” xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olur.  Dərhal hadisə yerinə çıxan polis əməkdaşları orada 1992-ci il təvəllüdlü Elşad Əsədovun meyitini aşkar edirlər. Araşdırma zamanı, onun qisas niyyəti ilə qətlə yetirilməsi məlum olur. Belə ki, hadisədən 3 gün əvvəl qarşılıqlı razılaşma əsasında Elşad Əsədov, yaxın qohumunun arvadı Aynur Əsədovanı qaçırıb. Hadisə yerinə toplaşan kənd sakinləri bildiriblər ki, Elşad Əsədova öz əmisi gəlinini qaçırdığı üçün öldürülüb. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elə həmin…

Read More
Kriminal 

19 nəfəri alçaldıb videoya çəkənlər tələbə imiş – VİDEO

akı Ağır Cinayətlər Məhkəməsində quldurluq və şantajla məşğul olan tələbələrdən ibarət dəstəyə hökm oxunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, özlərini cinsi azlıq nümayəndəsi kimi təqdim edərək ümumilikdə 19 nəfərə qarşı cinayət törətmiş dəstə üzvlərindən 5-nə ağır cəza təyin edilib. Məhkəmənin hökmü ilə dəstənin rəhbəri Sadiq Ovçiyevə 10 il, Ağababa Musayevə 11 il 6 ay, Elnur Vəliyevə 11 il, Nihat Rəhimliyə 11 il 6 ay, Aqşin Məmmədova 11 il 6 ay müddətinə həbs cəzası verilib. Onlarla birgə həbs edilən Sübhan Xanlarova azadlığın məhdudlaşdırılması cəzası verilib. Üzərinə elektron qolbaq taxılan Sübhan məhkəmə zalından azadlığa…

Read More
Kriminal 

3 yaşlı oğluna işgəncə verib ÖLDÜRDÜ

Türkiyədə ata 3 yaşlı oğlunu öldürüb. Lent.azxarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində qeydə alınıb. Belə ki, Onur Gezer adlı şəxs may ayında 3 yaşlı oğlu Kadir Gezeri döyərək öldürüb. O, uşağını xəstəxanaya gətirib və yıxıldığını iddia edib. Həkimlərim müdaxiləsinə baxmayaraq 3 yaşlı uşaq ölüb. Uşağı müayinə edən həkimlər onun bədənindəki izlərdən şübhələnərək, vəziyyəti polisə çatdırıblar. Daha sonra Onur Gezer 3 yaşlı Kadir Gezeri öldürmək şübhəsi ilə polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Biləsuvarda avtomobildə külli miqdarda narkotik aşkarlanıb – FOTO/VİDEO

Biləsuvarda VAZ markalı avtomobildə külli miqdarda narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini Amid Bayramovu saxlayıblar. Onun sərnişin kimi əyləşdiyi VAZ markalı avtomobilə baxış zamanı Amid Bayramova məxsus 18 kiloqram, o cümlədən dörd kiloqram heroin, doqquz kiloqramdan artıq metamfetamin, beş kiloqrama yaxın tiryək və 109 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı A.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə narkotiklərin satışını təşkil etdiyi müəyyən edilib. Onun barəsində…

Read More
Kriminal 

Ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən qadınla bağlı QƏRAR

Ali Məhkəmədə Bakıda əri Araz Sofiyevi xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyevanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qadın 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2019-cu il iyul ayının 7-də, gecə saat 03-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. İstintaq zamanı…

Read More
Kriminal 

Metroda qadının pulunu və bank kartını oğurlayan şəxs saxlanılıb

İyunun 16-da metronun İnşaatçılar stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan cüzdanın oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlaləddin Abdullazadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Read More
Kriminal 

Suraxanıda “Kalaşnikov” və 10 kq narkotik aşkar edilib – FOTO/VİDEO

Suraxanıda keçirilən əməliyyatlar zamanı saxlanılan 2 nəfərdən “Kalaşnikov” və 10 kiloqram narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb. Tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad…

Read More
Kriminal 

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanıldı

İyunun 21-də ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 132 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Read More
Kriminal 

Daşaltıda bir tondan çox çətənə bitkisi məhv edilib

Şuşada bir tondan çox çətənə bitkisi məhv edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Daşaltı kəndi ərazisində yabanı halda bitən, çəkisi 1 ton 300 kiloqram olan 2 168 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Read More