Kriminal 

Bakıda sürücü sərnişini qarət edib maşından atdı

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub. Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb. Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

İsmayıllıda at və uzunquluqlar kəsilərək mal əti adı altında satılır? – VİDEO

İsmayıllı rayonunun Xanagah kəndindəki meşəlik ərazidə at və uzunqulaq leşləri aşkar edilib. “Xezerxeber.az”ın məlumatına görə, sözügedən ərazidə antisanitar vəziyyət hökm sürür. Leş və sümüklər 4-5 metr dərinliyi olan xəndəyə atılıb. İddia edilir ki, həmin heyvanlar kəsilərək mal əti adı altında satılır. İddialara görə, heyvanların leşi əraziyə yük maşınları tərəfindən boşaldılır. Məsələ ilə bağlı Şamaxı Regional Meşə Təsərrüfat Mərkəzindən verilən məlumata görə, əraziyə baxış keçirilib. Hadisəni törədən şəxslərin aşkar olunması üçün İsmayıllı rayon Polis Şöbəsinə müraciət edilib. Bildirilib ki, həmin şəxslər müəyyən edildikdən sonra sərt tədbirlər görüləcək. Mövzu ilə bağlı daha…

Read More
Kriminal 

Cəlilabadda həmkəndlisini qətlə yetirən şəxs tutulub, cinayət işi açılıb

Cəlilabad sakininin qətli ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, mayın 27-si Cəlilabad rayon sakini, 1985-ci il təvəllüdlü Şamo Əzimovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1991-ci il təvəllüdlü Rəşad Aslanovun aralarında yaranmış mübahisə zamanı yaşadıqları Cəlilabad rayon, Qarazəncir kəndi ərazisində qonşusu Şamo Əzimova bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Rəşad Aslanov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb…

Read More
Kriminal 

Qanunsuz gətirilən külli miqdarda siqaret Naxçıvanda ələ keçdi

Qanunsuz yollarla ölkəyə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar edilib. Dövlət Gömrük Komitəsindən ARANTV.AZ-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Göygöldə 67 baş mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar – FOTO

Göygöldə mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan ARANTV.AZ-a verilən xəbərə görə, Göygöl Rayon Polis Şöbəsinin və Sarısu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Çaykənd kəndindəki fermaların birindən ümumi dəyəri 15710 manat olan 67 baş xırda buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Turani İsmayılov, Elşən İmanov, Seymur Nəcəfov, Fəxri Qocayev və Vüsal İmanov qabaqcadan əlbir olaraq qrup şəklində fermanın qapısını sındıraraq mal-qaranı oğurlayıb, daha sonra Bərdə rayonuna apararaq satıblar. Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər.…

Read More
Kriminal 

Anbardan 30 min manat dəyərində ərzaq məhsulları və məişət əşyaları oğurlanıb

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yerləşən bir anbardan 30 000 manat dəyərində ərzaq məhsulları və məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini İxtiyar Abbasov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Tanınmış xəstəxananın direktoru Azərbaycandan çıxarkən TUTULDU – FOTO

Barəsində cinayət işi açılmış və istintaq aparılan “Anadolu Hospital”ın direktoru Alper Ceylan Azərbaycanı tərk etmək istəyərkən tutulub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü həkim “Sədərək” gömrük keçid məntəqəsində quru yolu ilə ölkəni tərk etməyə çalışıb. O, saxlanılaraq polisə təhvil verilib. Alper Ceylana barəsində cinayət təqibinin davam etməsi və ölkəni tərk etməsinin mümkünsüz olduğu bildirilib. Qeyd edək ki, dələduzluqda şübhəli bilinən xəstəxana rəhbəri barəsində cinayət işinin istintaqı davam etdirilir. Bir müddət əvvəl A.Ceylan barəsindəki həbs qətimkan tədbiri Mingəçevir Şəhər Məhkəməsinin qərarı ilə dəyişdirilərək polisin nəzarəti altına verilmə qətimkan tədbiri…

Read More
Kriminal 

Erməni qoyun oğurladı – Həbs edildi

Yeni Zelandiyada çobanlıq etdiyi sürüdən qoyunları oğurlayan erməni həbs edilib. ARANTV.AZ lent.az-a istinadən xəbər verir ki, hadisənin üstü təsadüfən açılıb. 2 min başdan çox qoyunu olan fermer sevdiyi quzusu itdikdən sonra şübhələnərək sürünü saymaq qərarına gəlib və məlum olub ki, 50 baş qoyun əksikdir. Erməni çoban əvvəlcə hər şeyi inkar etsə də, polisdə əməlini etiraf edib. Buna səbəb isə təsadüfi polis reydi olub. Eyni gündə polis şəhərkənarı həyət evlərindən birində kabab bişirən ərəbləri cərimələyib. Onlar qoyunu ermənidən aldıqlarını bildiriblər. Məlum olub ki, erməni çoban qoyunları burada yaşayan ərəblərə satırmış. O,…

Read More
Kriminal 

Göygöldə həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə bitib

Göygöl rayonu, Mollacəlilli kəndində yaşayan Əhmədov Nəsrəddin Yamən oğlu 25 may 2023-cü il tarixdə saat 21 radələrində həmin kənddə həmkəndlisi Nağızadə Ayxan Elçin oğlunun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən sonuncu ilə aralarında mübahisə yaranıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, mübahisə zamanı Ayxan Nağızadə əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla Nəsrəddin Əhmədovun qarın nahiyəsinə bir zərbə vurub sonuncuya “qarnın sağ ön yan divarının daxilə nüfuz etmiş yarası” ilə müşayiət edilən xəsarət yetirib. Faktla bağlı Göygöl RPŞ-nin İstintaq bölməsində Nağızadə Ayxan Elçin oğlunun barəsində CM-in 126.1-ci maddəsi ilə cinayət işi başlanmış, Ayxan Nağızadə şübəli şəxs…

Read More
Kriminal 

Həbs olunan MTN zabitinin yerini 6 dəfə dəyişdilər – Hər dəfə də…

Abşeron Rayon Məhkəməsində 9 saylı cəzaçəkmə müəssisəsində dustaq yoldaşına qarşı dələduzluq etmiş ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin zabiti Vüqar Allahverdiyevə hökm oxunub. ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, əvvəllər MTN-nin Baş Maliyyə İdarəsində kapitan rütbəsi ilə Nəzarət-Təftiş şöbəsinin rəisi işləmiş 1981-ci il təvəllüdlü V.Allahverdiyevin hazırkı cəzası da toplanmaqla 10 il həbs cəzası verilib. Araşdırmalar zamanı məlum olub ki, V.Allahverdiyev 2021-ci ildə Göygöl rayonunda həmkəndlisini qətlə yetirmiş 63 yaşlı Fəxrəddin Qocayevin oğlunun telefon nömrəsini əldə edib. O, Qaradağ rayonu ərazisindəki 9 saylı cəzaçəkmə müəssissəsində olarkən məhbus yoldaşının oğluna zəng edərək özünü Ədliyyə Nazirliyinin…

Read More