Dünya 

İraq şiələri ABŞ-nin Bağdaddakı səfirliyi üçün atəşkəsin müddətini uzatdılar

İraqda fəaliyyət göstərən hərbiləşdirilmiş şiə qrupları Bağdaddakı ABŞ səfirliyinə hücum etməmək barədə öhdəliklərini beş gün müddətinə uzadıblar.

Musavat.com xəbər verir ki, məlumat bir neçə radikal qrupu birləşdirən “İraq İslam Müqaviməti” alyansının xüsusi bəyanatında yer alıb. Bəyanata görə, radikallar “Bağdaddakı ABŞ səfirliyinə qarşı atəşkəsin beş gün müddətinə uzadıldığını elan ediblər”.

İraqdakı şiə təşkilatları 19 martda, müqəddəs Ramazan  bayramından bir gün əvvəl 3 gün müddətində Bağdaddakı ABŞ səfirliyinə hücum etməyəcəklərini elan etmişdilər. Bu addımın səbəbi hələ də açıqlanmır.

Daha çox xəbərlər