Kriminal 

Qubada 35 yaşlı kişi qətlə yetirilib: Cinayət işi başlanılıb

Qubada 35 yaşlı kişi qətlə yetirilib. Quba rayon prokurorluğundan verilən məlumata görə, mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. N.Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə…

Read More
Kriminal 

Orta yaşlı kişi bıçaqlanıb

Şəmkirdə bıçaqlanma baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

İdman zalında qətlə görə iş istintaqa qaytarılıb, məhkəmədə insident olub

Bakıda idman zalında qətl törədən Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda qətlə yetirilən Bəxtiyar Nəsibovun qardaşı Vüsal Nəsibov ifadə verib. Şahid istintaqda dindirilən zaman qardaşının qətlə yetirilməsini görmədiyini desə də, məhkəmədə hadisənin şahidi olduğunu bildirib. Prosesdə zərərçəkmiş şəxsin vəkilinin cinayət işinin istintaqa qaytarılması ilə bağlı qaldırdığı vəsatətə baxılıb. Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxs Bəxtiyar Nəsibovu tək öldürməyib, cinayətdə başqa adamların da iştirakı olub. Vəkil Əli Abbasovun Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya…

Read More
Kriminal 

Cəlilabadda kişi baltalanıb

Cəlilabadda kişi baltalanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29, 120.1-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Read More
Kriminal 

Azərbaycanda qazi bıçaqlanıb

Siyəzən rayonunda 48 yaşlı Elçin Nadir oğlu Rəşidovu naməlum şəxs və ya şəxslər bıçaqlayıb. Lent.az xəbər verir ki, o, ağır xəsarətlə Siyəzən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin stabil olduğu bildirilir. Onun hansı şəraitdə bıçaqlanması hələlik bilinmir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, E. Rəşidov Birinci Qarabağ Müharibəsi iştirakçısıdır. Onun ruhi-xəstəlikdən əziyyıət çəkdiyi bildirilir.

Read More
Kriminal 

Bakıda 15 yaşlı oğlan anasını QƏTLƏ YETİRDİ – YENİLƏNİB

Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu 2007-ci il təvəllüdlü A.C.-nin qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 14:18 Nizami rayon ərazisində qadını qətlə yetirən şəxs…

Read More
Kriminal 

Bakıda metronun yaxınlığında DƏHŞƏTLİ QƏTL

Bakıda dəhşətli qətl törədilib. Lent.az xəbər verir ki, hadisə bir az əvvəl Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələlik məlum olmayan 50-55 yaşlarında qadın bıçaqlanaraq öldürülüb. Hadisənin motivi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Read More
Kriminal 

Beş ay əvvəl törədilən qətlin gizlinləri açıldı: Həmkəndlisini heç bir səbəb olmadan öldürüb

22.11.2021-ci il tarixdə Göyçay rayonu Bəydövül kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. Göyçay Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində heç bir əsaslı səbəb olmadan Elvin İsmayılova soyuq silah hesab edilən bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış sübutlar əsasında Qılman Mustafayevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü  (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə,…

Read More
Kriminal 

Azərbaycanda qadın anasını bıçaqladı

Sumqayıtda qadın anasını bıçaqlayıb. APA xəbər verir ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Günel Əliyeva onunla yaşayan anası, 1957-ci il təvəllüdü Zemfira Əliyevaya 6 bıçaq zərbəsi vurub. Zemfira Əliyeva xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Günel Əliyeva hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb.

Read More
Kriminal 

Zaqatalada arvad ərini bıçaqladı

Zaqatalada arvad ərini bıçaqlayıb. APA-nın məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib. Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S.Qurbanova kəsici alətlə həyat yoldaşı S.Qurbanovun qoluna xəsarət yetirib. S.Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Read More