Kriminal 

Sumqayıtda “Azərişığ”ın əməkdaşı bıçaqlandı

Dekabrın 13-ü saat 18 radələrində “Azərişıq” ASC-nin Sumqayıt Elektrik Şəbəkəsinin Enerji satış sahəsinin nəzarətçi mühəndisi Vaqif Bədəlova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Vaqif Bədəlov Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 36 ünvanında abonentin enerji xəttinə baxış keçirərək xidməti vəzifələrini yerinə yetirən zaman həmin ünvanda yaşayan Mübariz Mahmudov hakimiyyət nümayəndəsi Vaqif Bədəlovun kürək nahiyəsinə bıçaqla xəsarət yetirib zor tətbiq etməklə müqavimət göstərib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya…

Read More
Kriminal 

Ağsuda qonağın qətlə yetirilməsiylə bağlı RƏSMİ AÇIQLAMA

Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağsu Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam…

Read More
Kriminal 

Bərdə sakini həmkəndlisini güllələyib

Bərdə sakini həmkəndlisini ov tüfəngindən atəş açaraq yaralayıb. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) dekabrın 11-də Dəymədağıldı kəndi ərazisində kənd sakini C.Məmmədovun xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi S.Həsənovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub. S.Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində C.Məmmədov könüllü olaraq RPŞ-nə gəlib və hadisədə istifadə etdiyi “Crtsan” markalı ov tüfəngini təhvil verib. Araşdırma aparılır.

Read More
Kriminal 

Xaçmazda kafedə qadın kişini bıçaqladı

Xudat şəhərində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzindəki kafelərdən birində qeydə alınıb. Rayon sakini Rasim Sədrəddin oğlu Səmədovla qonşusu Mərziyyə adlı xanım arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib. Zərərçəkən Rasim Səmədov qarın divarının deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Read More
Kriminal 

Bakıda güllələnərək öldürülən şəxs kriminal aləm üzvüdür – ŞOK TƏFƏRRÜAT/FOTO

Ötən gecə Bakının Binə qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib. Belə ki, A.Mirzəyevə 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil. Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. Maraqlıdır ki, illər öncə törədilən bu qətl hadisəsinin…

Read More

Bakıda ər hamilə arvadını bıçaqladı

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş verib. Belə ki, 1999-cu il təvəllüdlü İsmayılova Şəbnəm Elman qızı əri ilə mübahisə zamanı boğaz və döş qəfəsi nahiyələrindən bıçaq xəsarətləri alıb. Ona üç bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Ağcabədidə kişi həyat yoldaşı və qayınatasını bıçaqladı

Ağcabədi sakini həyat yoldaşı və qayınatasını bıçaqlayıb. ARANTV.AZ-ın xəbərinə görə, hadisə rayonun Ümid qəsəbəsində baş verib. Qəsəbədə məskunlaşan Cəfərov İlhamiz Araz oğlu yoldaşı Cəfərova Aynurə Azim qızını və onun atası Hüsiyev Azim Kamal oğluna bıçaqla xəsarət yetirib. Yaralılar A.Cəfərova və A.Hüsiyev Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisəni törədən İ.Cəfərov polisə təslim olub. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

Read More
Kriminal 

Bakıda 24 yaşlı oğlanı bıçaqlayan, dostunu isə öldürən qardaşlar tutuldu

Noyabrın 27-si saat 21 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyevə və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilməsi, yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu Rayon Prokurorluğunun aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlərin tanışları Sabunçu qəsəbə sakinləri – Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları ilə Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İrşad Əliyevə xəsarətlər yetirib, Ramil Lətifov və Qorxmaz Lətifov…

Read More
Kriminal 

Masallıda arvadını uşağına süd verən zaman bıçaqlayan şəxsin məhkəməsi başlayır

Masallıda arvadını öldürməyə cəhddə təqsirləndirilən 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlunun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. ARANTV.AZ  xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib. Qeyd edək ki, hadisə bu il Masallı rayonu, Ərkivan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Əbilzadə Eşqin Qədir oğlu və 26 yaşlı həyat yoldaşı Əbilzadə Nərmin Şair qızının yaşadıqları evdə yaralı və huşsuz vəziyyətdə tapılması barədə məlumat yayılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Eşqin…

Read More
Kriminal 

Bakıda 23 yaşlı qadın qətlə yetirildi: Əri tutuldu

Noyabrın 29-u saat 13 radələrində 1998-ci il təvəllüdlü Ləman Ələsgərovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində kirayədə yaşadığı evin həyətində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə…

Read More