Kriminal 

Kişi ailə üzvü tərəfindən bıçaqlandı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Gəncə prospektində qeydə alınıb. 1980-ci il təvəllüdlü Mahmudov Eldəniz Qafar oğlu yaşadığı evdə ailə üzvləri ilə mübahisə edib. Mübahisə zamanı o ailə üzvlərindən biri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Qazaxda 41 yaşlı qadın bıçaq xəsarəti alıb

Qazax rayonunda qadın bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. ARANTV.AZ   xəbər verir ki, hadisə Ürkməzli kəndində qeydə alınıb. Qarın nahiyəsindən bıçaq xəsarəti alan 1980-ci il təvəllüdlü V.Zeynalova xəstəxanaya yerləşdirilib. Onun özünə xəsarət yetirdiyi bildirilsə də məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Qaxda qadın əri tərəfindən bıçaqlanıb

Qaxda qadın əri tərəfindən bıçaqlanıb. ARANTV.AZ xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib. Rayonun Qaxbaş kənd sakini, 1988-ci il təvəllüdlü Zümrüd Abdulla qızı Qarcıyeva sol kürək nahiyəsinin kəsilmiş, lakin daxilə nüfuz etməyən xəsarət, sol alın-təpə nahiyəsinin yumşaq toxumalarının və burunun əziyi xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 33 yaşlı Z. Qarcıyevanın yaşadığı ünvanda ailə münaqişəsi zəminində əri tərəfindən döyüldüyü və bıçaqla xəsarət yetirdiyi məlum olub. Z. Qaqcıyevanın müalicəsi hazırda xəstəxanada davam etdirilir, vəziyyəti orta-stabil qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Göyçaydakı qətllə bağlı rəsmi AÇIQLAMA

Noyabrın 22-si saat 18:00 radələrində Göyçay rayonu Bəydövil kənd sakini, 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elvin İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qılman Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş…

Read More
Kriminal 

Kartdan 27 min dollar oğurlayanlar saxlanıldı – VİDEO – FOTO

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslər ödənişli virtual oyunlardan istifadə edən zaman zərərçəkənin kartından istifadə ediblər. Daha sonra həmin kartda olan pul vəsaitini onlayn alış-veriş saytlarında xərcləyərək müxtəlif təyinatlı ödənişlər ediblər. Həmin şəxslər ifadələrində…

Read More
Kriminal 

Keçmiş məhkumun üstündən silah çıxdı

Hacıqabulda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Read More
Kriminal 

Bakıda mebel salonundan içərisində pul olan seyf oğurlanıb

Bakıda mebel salonundan oğurluq edən şəxs tutulub. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da rayon ərazisindəki mebel salonlarının birindən içərisində 1 500 manat pul olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Kərimov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə ARANTV.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 20-si saat 20 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini F.Həsənov vurulub. Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti orta-ağırdır. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev müəyyən edilərək saxlanılıb.

Read More
Kriminal 

Astarada qanunsuz ov edən şəxslər aşkarlanıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara sakinləri A.Eyvazov, B.Baxşıyev və Z.Qəhrəmanov saxlanılıblar. Onlardan qanunsuz olaraq ovladığı 6 ədəd çöl quşu, 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

Read More