Kriminal 

Tanışını yeddi yerdən bıçaqladı

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü Elçin Cəfərov mübahisə zamanı 1988-ci il təvəllüdlü Qədir Süleymanovu bıçaqlayıb. Məlumata görə, E.Cəfərov ona 7 bıçaq zərbəsi vurub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Şirvan şəhər sakini həmyerlisini qətlə yetirib

Şirvan şəhərində həmyerlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Xəyyam Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə gönədərilib. Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib. İş üzrə məhkəmə hazırlıq iclası oktyabrın 5-nə təyin olunub. Qeyd edək ki, hadisə bu ilin iyun ayında Şirvan şəhərində baş verib. Şəhər sakini 1981-ci il təvəllüdlü Babayev Fəxrəddin Veys oğlu həmyerlisi 1991-ci il təvəllüdlü Mirzəyev Xəyyam Mehman oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən Xəyyam Mirzəyev polis tərəfindən saxlanılaraq istintaqa…

Read More
Kriminal 

İlin ən səs-küylü qətlləri – öldürdüyü qadının yasında mollalıq etdi; ana öz oğlunun qatili oldu

2021-ci ilin başa çatmasına 90 gündən artıq vaxt qalsa da, ötən 9 ay müddətində Azərbaycanda kifayət qədər səs-küylü qətl hadisələri baş verib. Sentyabrın 30-da Bakının Nizami rayonunda polis nəfəri İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı elə polis bölməsində qətlə yetirməsi də, 2021-ci ildə baş verən və ən çox rezonans doğuran hadisələrindən biri kimi yadda qaldı. Bu il daha bir səs-küylü və dəhşətə gətirən hadisə isə may ayında baş verib. Mayın 31-i gecə saatlarında paytaxtın Sabunçu rayonunda Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun öz xanımı Pərvanə Əhmədovanı tüfənglə atəş açaraq öldürməsi…

Read More
Kriminal 

Bakıda qayınatasını qətlə yetirən şəxsə 18 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Hüseynəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. ARANTV.AZ xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Hüseybəliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2020-ci il avqustun 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanaraq qətlə yetirilib. İstintaqla hadisənin zərərçəkmişin kürəkəni, 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən törədildiyi məlum olub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam…

Read More
Kriminal 

Novxanıda dəhşətli qətl: Həyətinə girən şəxsi öldürüb basdırdı

Novxanıda qətl hadisəsi olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə sentyabrın 29-da saat 3 radələrində Novxanı bağlar sahəsindəki evlərin birində Tovuz rayon sakini R.Əlixanovun həyətə girən 40-45 yaşlı kişini külünglə qətlə yetirib meyitini yaxınlıqdakı bağ evinin həyətində basdırması barədə məlumat daxil olub. Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Meyit ekshumasiya edilib, şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əlixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil veriib. Sumqayıt…

Read More
Kriminal 

“Kubinka”da qız oğlanı bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Mirzəliyev Mikayıl Firdovsi oğlu yaşadığı evdə tanıdığı qızla əlbəyaxa dava edib. Dava zamanı o, həmin qız tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Azərbaycanda polis arvadını şöbədə güllələyərək öldürdü – YENİLƏNİB + FOTO

Bakıda polis əməkdaşının arvadını bölmədə güllələyərək öldürdüyü yerdən ilk şəkillər paylaşılıb. Şəkillərdən yüksək rütbəli polis əməkdaşlarının hadisə yerində olduğu görünür.   Mənbə: Trend 10:15 Azərbaycanda polis arvadını qətlə yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. İ.Məmmədov…

Read More
Kriminal 

Sumqayıt bulvarında kişi bıçaqlandı

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, şəhər sakini, 1978-ci il təvəllüdlü Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri…

Read More
Kriminal 

Bakıda qız evdə kişini bıçaqladı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Mirzəliyev Mikayıl Firdovsi oğlu yaşadığı evdə tanıdığı qızla əlbəyaxa dava edib. Dava zamanı o, həmin qız tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Bakıda usta təmir etdiyi evi yardı – VİDEO

Nərimanov rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan ümumi dəyəri 24 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb. Zərərçəkən ev sahibi bu barədə polisə müraciət edəndən sonra hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ruslan Əzimov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib. Həmin şəxsdən oğurladığı qızıl-zinət əşyalarının bir hissəsi aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd…

Read More