Kriminal 

Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldı

Maştağada məhkuma məxsus boş torpaq sahəsindən silahlar götürülüb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb. Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində sahədən basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Read More
Kriminal 

Qızını amansızlıqla öldürən ata əvvəl də qətl törədibmiş

Bir neçə ay öncə 36 yaşlı Gülər Salamovanın bədəninə narkotik yeridərək öldürən atası Hacıağa Salamov (1998-ci ildə də adam öldürdüyü üçün həbsdə yatıb) məhkəmədə cinayət haqda danışıb. ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ailənin birgə yaşadığı evdə baş verib. Belə ki, əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş 61 yaşlı H.Salamov qızının bədəninə heroin yeridib və daha sonra onu boğaraq öldürüb. Məhkəmədə dindirilən H. Salamov ifadəsində bildirib ki, Gülər 2007-ci ildə qohumu Eldənizlə ailə həyatı qurub, həmin nikahdan 3 övladı olub: “Qızım…

Read More
Kriminal 

Bakıda iki qardaş bıçaqlandı, onlardan biri öldü

Bakıda qətl hadisəsi törədilib. ARANTV.AZ xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində iki qardaş – 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlu və 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlu mübahisə zəminində bıçaqlanıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Lakin həkimlərin səyinə baxmayaraq, beş bıçaq xəsarəti alan K.Cəfərovun həyatını xilas etmək mümkün oilmayıb. Faktla bağlı araşdırma aparılır. (“Report”)

Read More
Kriminal 

Bakıda yeniyetmə bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Babayev Riyad Fuad oğlu əvvəllər mübahisə etdiyi şəxslə dava zamanı bıçaqlanıb. Yaralı təcili xəstəxanaya çatdırılıb.

Read More
Kriminal 

Kürəkən qayınata və qayınanasını bıçaqladı

Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq, ağır xəsarətlər alıblar. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib. 1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər. Daha sonra kürəkən qayınanasına altı, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Read More
Kriminal 

İmişlidə 33 yaşlı kişi öldürüldü

İmişlidə qətl hadisəsi törədilib. Hadisə Cahar kəndində qeydə alınıb. Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib. Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.(Report)

Read More
Kriminal 

Mingəçevirdə iş yoldaşını bıçaqla qətlə yetirən şəxs həbs edildi

2021-ci il iyulun 04-də Mingəçevir şəhər sakini 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı turistik bıçaqla Məhəmməd Alıyevin bədəninin müxtəlif nahiyələrinə 6 xəsarət yetirərək öldürüb. Kənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə…

Read More
Kriminal 

Kürdəmirdə qardaş bacısını niyə öldürdü? – AMANSIZ QƏTLİN TƏFƏRRÜATI

Ötən gün Kürdəmir rayonunda qardaşın bacısını qətlə yetirməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb. ARANTV.AZ  xəbər verir ki, ilkin araşdırmalardan sonra hadisənin qısqanclıq zəminində baş verməsi məlum olub. Bildirilib ki, 4 uşaq anası olan 35 yaşlı Nəsirova Dilarə Təbriz qızı həyat yoldaşından boşandıqdan sonra ata evinə qayıdıb. Bir müddət sonra isə o, kirayə tutduğu və Kürdəmir şəhər Üzeyir Hacıbəyov küçəsindəki mənzildə məskunlaşıb. Boşandıqdan sonra kirayə yaşayan bacısı barəsində xoşagəlməz fikirlər eşidən qardaşı Xəyal Şıxəliyev dünən onu qətlə yetirmək məqsədilə həmin evə gəlib. O, özü ilə gətirdiyi bıçaqla bacısına ümumilikdə 37 kəsilmiş-deşilmiş…

Read More
Kriminal 

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. ARANTV.AZ  “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Read More
Kriminal 

Ağstafada 17 yaşlı oğlan bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə rayonun Xılxına kəndində qeydə alınıb. Belə ki, 17 yaşlı şəxs bir neçə bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More