İmişlidə 33 yaşlı kişi öldürüldü
İmişlidə qətl hadisəsi törədilib.
Hadisə Cahar kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Vəliyev Cabir Nadir oğlu həmkəndlisi tərəfindən qətlə yetirilib. Onun meyit müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına göndərilib.
Hadisənin başvermə səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.(Report)

