Bərdədə qardaş dostu ilə birgə qardaşını öldürüb
Qardaş dostu ilə əlbir olub qardaşını öldürüb. ARANTV.AZ xəbər verir ki, hadisə Bərdənin Hacıallı kəndində qeydə alınıb. 1988-ci il təvəllüdlü İnayət Nəzərov dostu Şəhriyarla qardaşı, 1984-cü il təvəllüdlü Səxavət Nəzərovu bıçaqlayaraq öldürüb. Qardaşların əmisi Nofəl Əliyev bildirib ki, qardaşlar arasında uzun illər əvvəl yaranan mübahisəyə səbəb qısqanclıq olub. Mərhumun 5 gün əvvəl isə övladı dünyaya gəlib. Cinayəti törədən şəxslər saxlanılıb Faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb.
Read More