Kriminal 

Qubada bıçaqlanma olub

Qubada yerli sakin bıçaqlanıb. ARANTV.AZ xəbər verir ki, ötən gün axşam saatlarında rayon sakini Azər Fətullayev bıçaqlanıb. O, Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. A.Fətullayevi bıçaqlamaqda şübhəli bilinən rayonun Timiryazev qəsəbə sakini Vüsal Məmmədov Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. O, istintaqa verdiyi ilkin ifadəsində A.Fətullayevi aralarında olan şəxsi münaqişə zəmnində bıçaqladığını bildirib. Faktla bağlı Quba RPŞ-də araşdırmalara başlanılıb.

Read More
Kriminal 

Azərbaycanda evə basqın edən quldur qadını öldürdü

05 aprel 2021-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Şəmkir rayon prokurorluğundan Publika.az-a bildirilib ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qohumu və həmkəndlisi Rəşad Tağıyev qeyd edilən tarixdə quldurluq niyyəti ilə Aybəniz Alıyevanın yaşadığı evə qanunsuz daxil olub, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürüb. Rəşad Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq,…

Read More
Kriminal 

Casus ermənilərin məhkəməsi davam etdirilir

11:15 Bakı Ağır Cinayətlər Məhkəməsində casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib. ——- 08:20 Casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət…

Read More
Kriminal 

Boşanmaq istəyən arvadını 10 bıçaq zərbəsi ilə öldürdü – DƏHŞƏTLİ QƏTL

İyulun 24-də səhər saatlarında Bakının Binə qəsəbəsində yeni yaşayış massivində dəhşətli qətl hadisəsi törədilib. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Cəfərov Meyxoş Ağası oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Fərəcova Xatirə Ramazan qızına 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Əri Xatirəni çalışdığı gözəllik salonuna az qalmış – işə çatarkən öldürüb. Qətlin törədilməsinə Fərəcova Xatirənin ərindən boşanmaq istəməsi səbəb olub. Hadisə yerindən qaçan Meyxoş həmin vaxt ərazidə xidmət edən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. Cinayəti törədən şəxs prokurorluğa təhvil verilib. Faktla bağlı…

Read More
Kriminal 

Toyda 23 yaşlı gənci ürəyindən bıçaqlayan şəxs YAXALANDI (YENİLƏNDİ)

Daşkəsən şəhərində keçirilən toy mərasimində 23 yaşlı gənci ürəyindən bıçaqlayaraq qətlə yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. ARANTV.AZ xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, həmin şəxs cinayəti törətdikdən sonra hadisə yerindən qaçmışdı. xxx 18:12 Daşkəsən rayonunda toy mərasimində bir nəfər öldürülüb. Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun özündə baş verib. Toy mərasimi zamanı qonaqlar arasında mübahisə baş verib.…

Read More
Kriminal 

Bakıda kişi qadın tanışını qətlə yetirdi: Özü isə intihar etdi

İyulun 23-ü saat 1 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Xəzər Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Read More
Kriminal 

Masallıda “patı” satanlar tutuldu

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri ayrı-ayrı əməliyyat tədbirləri ilə psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri F.Hacıyev, S.Quliyev, D.Əliyev, B.Mahmudov və R.Ağabalayev saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin üzərindən ümumilikdə 13 bükümdə metamfetamin aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırma aparılır.

Read More