Bölgə 

İsmayıllıda sel suları evlərə, obyektlərə ciddi ziyan vurdu – VİDEO

İsmayıllıda sel evlərə, turizm obyektlərinə ciddi ziyan vurub. “Report” xəbər verir ki, bu gün axşam saatlarından başlayaraq İsmayıllı rayonuna yağan güclü leysan bir sıra fəsadlar törədib. Sel suları xüsusən rayonun şimal hissəsindəki Gəndov, Namazgah kəndlərində və Lahıc qəsəbəsində təsərrüfatlara ciddi ziyan vurub. Sel evləri, tövlələri turizm-istirahət obyektlərini, mağazaları basıb, ağaclar, ekektrik və rabitə dirəkləri aşıb, qaz borusu qırılıb, əhali qazsız və işıqsız qalıb. Sel səbəbindən yolları qalın lil qatı örtüb, nəqliyyatın hərəkəti çətinləşib, İsmayıllı şəhərindən Lahıc qəsəbəsinə gedən yol bağlanıb. Hazırda rayona yağış yağır, sel axını davam edir. Əhaliyə dəyən ziyanın…

Read More
Bölgə 

Şəki Regional Mədəniyyət İdarəsindən daha bir ŞİKAYƏT – FOTOLAR

“Böyük əziyyətlə təşkil etdiyim hər mədəniyyət tədbirinin əvvəlində də, sonunda da Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Aqaəli Cəlilov, idarənin aparıcı metodisti Nazilə Qafarova və metodist Məlahət Musayevadan aşağılayıcı ifadələr eşitmişəm. Onlar 27 ildir əmək verdiyim sənətimi və məni ləkələmək üçün əllərindən gəldikləri qədər şəxsiyyətimi, gördüyüm işləri təhqir ediblər”. Bu fikirləri Oxu.Az-a müraciət edən M. F. Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Rəşad Rüstəmov deyib. Şəki Regional Mədəniyyət İdarəsinin müvəqqəti rəhbəri Aqaəli Cəlilovdan şikayətçi olan Rəşad Rüstəmov həmin şəxsin onu intihar həddinə çatdırdığını vurğulayıb: “Məni təhqir…

Read More
Bölgə 

Naxçıvanda faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək

Naxçıvan Muxtar Respublikasında faydalı qazıntı yataqları ilk dəfə hərrac yolu ilə istismara veriləcək. “Report” xəbər verir ki, muxtar respublika ərazisində kəşf edilən və Faydalı Qazıntı Ehtiyatları Komissiyasında qeydiyyata alınan 13 filiz və 54 qeyri-filiz yatağı mövcuddur. Bu yataqların potensialından istifadə edilməsi üçün real zəmin yaradılıb. Qeyd edilib ki, ilk dəfə olaraq muxtar respublika ərazisində faydalı qazıntı yataqlarının hərraca çıxarılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulur. Culfa və Babək rayonları ərazisində yerləşən Qoşaldağ qum yatağının 3,3 hektar hissəsi hərraca çıxarılmaq üçün formalaşdırılıb və hüquqi sənədləşdirmələr tərtib edilib. Faydalı qazıntıların hərraca çıxarılması iyunun 2-dən…

Read More
Bölgə 

Azərbaycanda məktəbli qız qaçırıldı

Salyan rayonunda məktəbli qız qaçırılıb. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan oxu.az-a bildirilib ki, qızın atası tərəfindən polisə müraciət daxil olub: “Bu gün Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov rayon polis şöbəsinə ərizə ilə müraciət edib. O, qızının həmkəndlisi tərəfindən ailə qurmaq məqsədilə qaçırıldığını bildirib. Daxil olan məlumatla əlaqədar araşdırma aparılır”.

Read More
Bölgə 

Yevlax Pilot Aqroparkında ilk dəfə məhsul yığımına başlanıldı – FOTO

Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılması ilə əlaqədar olaraq KİV nümayəndələrinin tanışlıq səfəri təşkil edilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkında ilk dəfə olaraq məhsul yığımına başlanılıb. Bununla əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 6-da Aqroparka mediatur təşkil edilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov KİV nümayəndələrinə Yevlax Pilot Aqroparkın ümumi fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, 2021-ci ilin dekabrında rəmzi açılışı olmuş Yevlax Pilot Aqroparkın ümumi ərazisi 2855 hektar təşkil edir, bunun da…

Read More
Bölgə 

“Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər – VİDEO

23 aprel 2023-cü ildə yaradılmış “Laçın” sərhəd-buraxılış məntəqəsindən yeni videogörüntülər var. Bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib. Yeni kadrlarda Qarabağ bölgəsinin etnik ermənilərindən olan Azərbaycan vətəndaşlarının – qadınların, uşaqların, kişilərin sərhədi keçərək (Xankəndi – Gorus istiqaməti) qeydiyyat pəncərəsi qarşısında növbədə durmaları əks olunub. Hər şey qarşılıqlı nəzakət mühitində baş verir, heç bir mənfi hal müşahidə edilmir, insanlar bir-biri ilə qorxusuz şəkildə ünsiyyət qururlar. Yeri gəlmişkən, videonun səkkizinci saniyəsində kadra Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşı da düşüb. Bu onu göstərir ki, sərhədçilərin işinə malların və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsi prosedurunu…

Read More
Bölgə 

Üç rayonda qaz olmayacaq

Magistral qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, üç rayonun qaz təchizatında fasilə yaranacaq. Bu barədə ARANTV.AZ-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq. Bu gün saat 14:00-dan etibarən iyunun 8-də işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir…

Read More
Bölgə 

Şəki şəhərində gənclər təşkilatlarının strateji planlaşdırma düşərgəsi keçirilib – FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı və NAYORA-nın təşkilatçılığı ilə Şəki şəhərində “Heydər Əliyev İli” çərçivəsində Gənclər Təşkilatlarının Strateji Planlaşdırma Düşərgəsi keçirilib. 100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi düşərgənin məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vörkşopların keçirilməsi və fəaliyyət strategiyası ilə bağlı birgə sənədin hazırlanması olub. Proqrama uyğun olaraq ilk gün ulu öndərin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Daha sonra iştirakçıların şəbəkələşməsi və təmsil etdikləri təşkilatların tanıdılması üçün komanda oyunları keçirilib. İkinci gün…

Read More
Bölgə 

Ağalı sakini: “Evin açarlarını şəhid ailəsinə verib, kəndə köçdük” – VİDEO

İndiyədək Zəngilanın Ağalı kəndinə dörd köç reallaşıb. İTV xəbər verir ki, sonuncu prosesdə kəndə qayıdanlar arasında Mahmudovlar ailəsi də var. Üç aydır doğma kəndə qayıdışın sevincini yaşayan ailə əlverişli ev və işlə təmin olunub. Minayə Mahmudova deyib ki, Qobu qəsəbəsində müvəqqəti yaşayış üçün verilən evin də şəraiti yaxşı olub. Onlar həmin evi təhvil verərək daimi yaşayacaqları yurdlarına qayıdıblar: “Dedilər ki, adınız siyahıda var, köçə hazırlaşın. Mən də buradan köçəndən sonra evin aqibətinin necə olacağını soruşdum. Bildirdilər ki, şəhid ailəsinə veriləcək”. Ətraflı süjeti təqdim edirik:

Read More
Bölgə 

Naxçıvan şəhərinin su xəttində qəza baş verib

Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, “Qonaq evi”nin qarşısındakı su xəttində qəza baş verib. “Report”un Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Aidiyyəti orqanların əməkdaşları əraziyə cəlb olunublar. Hazırda təmir işləri aparılır. Qəzadan sonra Xətai, Qoçüstü, Çənlibel kimi böyük məhəllələrə suyun verilişi müvəqqəti dayandırılıb.

Read More