Bölgə 

Üç rayonda qaz olmayacaq

Magistral qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq, üç rayonun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə ARANTV.AZ-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ilin payız-qış mövsümündə Gürcüstan Respublikasına təbii qazın fasiləsiz ixrac edilməsi, qaz nəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində təmir-bərpa və yenidənqurma işləri aparılacaq.

Bu gün saat 14:00-dan etibarən iyunun 8-də işlər başa çatanadək “Qarasu” və “Muğan” QPS-lərdən, həmçinin “Gilan Seramik” MMC qaz ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sabirabad və Hacıqabul rayonlarının bir hissəsinin, Ağsu rayonunun isə Padarqışlaq kəndinin qaz təchizatında fasilə yaranacaq.

Daha çox xəbərlər