Bölgə 

Ağalı sakini: “Evin açarlarını şəhid ailəsinə verib, kəndə köçdük” – VİDEO

İndiyədək Zəngilanın Ağalı kəndinə dörd köç reallaşıb. İTV xəbər verir ki, sonuncu prosesdə kəndə qayıdanlar arasında Mahmudovlar ailəsi də var. Üç aydır doğma kəndə qayıdışın sevincini yaşayan ailə əlverişli ev və işlə təmin olunub. Minayə Mahmudova deyib ki, Qobu qəsəbəsində müvəqqəti yaşayış üçün verilən evin də şəraiti yaxşı olub. Onlar həmin evi təhvil verərək daimi yaşayacaqları yurdlarına qayıdıblar: “Dedilər ki, adınız siyahıda var, köçə hazırlaşın. Mən də buradan köçəndən sonra evin aqibətinin necə olacağını soruşdum. Bildirdilər ki, şəhid ailəsinə veriləcək”. Ətraflı süjeti təqdim edirik:

Read More
Bölgə 

Naxçıvan şəhərinin su xəttində qəza baş verib

Bu gün Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində, “Qonaq evi”nin qarşısındakı su xəttində qəza baş verib. “Report”un Naxçıvan bürosu xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Aidiyyəti orqanların əməkdaşları əraziyə cəlb olunublar. Hazırda təmir işləri aparılır. Qəzadan sonra Xətai, Qoçüstü, Çənlibel kimi böyük məhəllələrə suyun verilişi müvəqqəti dayandırılıb.

Read More
Bölgə 

“Sumqayıt Nəqliyyat”a yeni baş direktor təyin olunub

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki “Sumqayıt Nəqliyyat” MMC-nin baş direktoru Fikrət Orucov vəzifəsindən azad edilib. “Report” xəbər verir ki, bununla bağlı İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əmr imzalayıb. Digər əmrlə Sirac Səfərov “Sumqayıt Nəqliyyat”ın yeni baş direktoru təyin olunub. Xatırladaq ki, “Sumqayıt Nəqliyyat” 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 50 manatdır.

Read More
Bölgə 

Zəngəzur dəhlizi ilə əlaqədar Naxçıvanda dəmiryol yenidən qurulacaq

Zəngəzur dəhlizinin açılması Naxçıvan Muxtar Respublikasında dəmiryol infrastrukturunun yenilənməsini zəruri edir. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu səbəbdən dəmiryol infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin ediləcək.

Read More
Bölgə 

Əvvəl gül toplayır, sonra bol məhsula görə dua edirlər: Zaqatala plantasiyalarından FOTOREPORTAJ

Hər bir işin min əziyyəti var. Səhər, dan yeri ağaranda şehli kollardan qızılgül ləçəyi toplayıb onu kiloqrama çatdırmaq sizə elə də asan gəlməsin. Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Aprel ayının sonlarından başlayan gül yığımı bu günlərdə artıq başa çatmaq üzrədir. Gül plantasiyaları rayonun Aşağı Tala kəndinin ərazisində yerləşir. Burada 151 hektar Dəməşq qızılgülü, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq…

Read More
Bölgə 

Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvana aviareyslər təşkil ediləcək

Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması…

Read More
Bölgə 

Dağlıq rayonlara dolu düşüb, təsərrüfata zərər dəyib

Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur, dağlıq rayonlara dolu düşüb. ARANTV.AZ report-a istinadən xəbər verir ki, günorta saatlarında yağan leysan yağışlar və dolu Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərindəki əkin sahələrinə, meyvə ağaclarına zərər vurub. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti müşahidə olunur.

Read More
Bölgə 

Naxçıvan-Şahbuz magistralında qəza: İki azyaşlı uşaq xəsarət alıb – FOTO

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə magistralın Uzunoba kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mitsibushi” markalı avtomobilin yoldan çıxmasın və aşması nəticəsində iki azyaşlı uşaq xəsarət alıb. Xəsarət alanlar Kəngərli rayon Çalxanqala kənd sakinləri 2006-cı il təvəllüdlü Səmədov Xəyyam Samin oğlu və 2009-cu il təvəllüdlü Səmədov Ömər Samin oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, qəzaya səbəb avtomobilin sürücüsünün sükan arxasında yatması olub. Faktla bağlı araşdırma davam etdirilir.  

Read More
Bölgə 

Göygölə dolu düşüb – YENİLƏNİB

Göygöldə güclü yağışdan sonra dolu yağıb. APA-nın məlumatına görə, bu gün saat 16:30-da rayon mərkəzinə və ucqar kəndlərə dolu düşüb. Hazırda dolunun ziyan törətməsi ilə bağlı məlumat yoxdur. Qeyd edək ki, qərb bölgəsini əhatə edən rayonlarda yağışlı hava şəraiti hökm sürür. 11:51 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Nazirlikdən bildirilib ki, düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Tovuz, Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ, Ceyrançöldə 2.0 mm,…

Read More