Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır – Astarada Od çərşənbəsindən reportaj VİDEO
Od çərşənbəsi Azərbaycan xalqının qədim və ənənəvi bayramlarından biri kimi ölkənin hər yerində böyük coşqu və sevinc hissi ilə qeyd edilir. Astarada da Od çərşənbəsi özünəməxsusluğu ilə seçilir və insanlar qədim adət-ənənələri yaşadaraq Novruza hazırlıq görürlər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kakalos kəndində Od çərşənbəsi xüsusi bayram ovqatı ilə qarşılanır. Kəndin gəncləri və uşaqları bir araya gələrək, birlik və həmrəylik içində bayram hazırlıqlarına başlayırlar. Onlar kənd sakinlərindən birinin həyətində toplaşaraq, gün ərzində müxtəlif işlərlə məşğul olurlar. Bayramın əsas atributlarından olan Novruz xonçasını hazırlamaq üçün gənc qızlar və…
Read More