Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Bölgə

Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır – Astarada Od çərşənbəsindən reportaj VİDEO

By Vüsal Rafiqoğlu
04.03.2025 4 Min Read

Od çərşənbəsi Azərbaycan xalqının qədim və ənənəvi bayramlarından biri kimi ölkənin hər yerində böyük coşqu və sevinc hissi ilə qeyd edilir. Astarada da Od çərşənbəsi özünəməxsusluğu ilə seçilir və insanlar qədim adət-ənənələri yaşadaraq Novruza hazırlıq görürlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kakalos kəndində Od çərşənbəsi xüsusi bayram ovqatı ilə qarşılanır. Kəndin gəncləri və uşaqları bir araya gələrək, birlik və həmrəylik içində bayram hazırlıqlarına başlayırlar. Onlar kənd sakinlərindən birinin həyətində toplaşaraq, gün ərzində müxtəlif işlərlə məşğul olurlar. Bayramın əsas atributlarından olan Novruz xonçasını hazırlamaq üçün gənc qızlar və analar birlikdə şirniyyatlar bişirir, səməni yetişdirir, müxtəlif çərəzlər və boyanmış yumurtalarla süfrəni bəzəyirlər. Hər bir evdə bayram təmizliyi aparılır, həyətlər süpürülür, ev-eşik təmizlənir.

Fəxri mədəniyyət işçisi Fərbiyə Şabanovanın sözlərinə görə, bu kənddə qabaqcadan Od çərşənbəsinə xüsusi hazırlıq görülür. Od çərşənbəsinin mahiyyəti təkcə bayram əhvali-ruhiyyəsi ilə məhdudlaşmır, həm də insanın ruhən yenilənməsi, keçmişin çətinliklərindən xilas olaraq, yeni başlanğıca qədəm qoyması ilə bağlıdır. “Od çərşənbəsi bizim üçün xüsusi bayramdır və biz ona böyük həvəslə hazırlaşırıq. Bu günə özəl olaraq müxtəlif təamlar bişiririk, qədim adət-ənənələrimizi yaşadırıq. Hər kəs bir-biri ilə mehriban olur, bu bayramın sevincini paylaşır. Atəşin müqəddəs sayıldığı bu gündə biz tonqallar qalayır, onun ətrafında toplaşaraq arzular diləyirik. Hamı inanır ki, bu bayram insanın daxilindəki bütün mənfi enerjini yuyub aparır və yeni başlanğıclar üçün yol açır. Od çərşənbəsi bizə təkcə qədim inanclarımızı xatırlatmır, eyni zamanda, mehribanlığı, birlik ruhunu gücləndirir. Biz hər il bu gözəl ənənəni yaşadır, onu gələcək nəsillərə ötürməyə çalışırıq. Çünki Od çərşənbəsi bizim mədəniyyətimizin, milli kimliyimizin bir parçasıdır”, – deyə o əlavə edir.

Kənd sakini Kəbirə Əliyeva bildirir ki, Od çərşənbəsinə hər il böyük sevgi və həvəslə hazırlaşırlar: “Bayram günlərində süfrəmiz bol və bərəkətli olsun deyə müxtəlif təamlar hazırlayırıq. Ənənəyə uyğun olaraq, 7 növ bitki dənindən qorğa qovururuq – bu, çərşənbə süfrəsinin ayrılmaz hissəsidir. Bu, həm də qədim adətlərimizi yaşatmaq deməkdir. Bunu edərkən uşaqlar və gənclər də ətrafımıza toplaşır, hər kəs bayramın ab-havasını hiss edir. Təndirdə çörək bişirmək isə bayram hazırlıqlarının ən sevimli hissələrindən biridir. Bu çörəklər təkcə süfrəmizi bəzəmir, həm də evimizə istilik və bərəkət gətirir. Bayram günlərində qonaq gedən hər kəsə təndir çörəyi ilə bayram payı aparmaq bir ənənədir. Bundan başqa, balıq və ləvəngi bişirmək də Od çərşənbəsi süfrəsində xüsusi yer tutur. Təzə balıqdan müxtəlif yeməklər hazırlanır və ailə üzvləri süfrə başında bir araya gələrək bayramın sevincini bölüşürlər. Bundan əlavə, şirniyyatlar, plov və digər milli yeməklər də süfrələri bəzəyir. Od çərşənbəsinin bu adət-ənənəsi dədə-babalarımızdan qalan mirasdır və biz də onu yaşadaraq, gələcək nəslə ötürürük”.

Axşam saatlarında isə bayramın ən maraqlı və həyəcanverici hissəsi başlayır. Tonqallar qalanır, kənd sakinləri onun ətrafına toplaşaraq qədim ənənələri yerinə yetirirlər. İnsanlar atəşin üzərindən tullana-tullana “ağrım-acım odda yansın” deyərək, bütün çətinliklərdən və pis enerjidən xilas olduqlarına inanırlar. Uşaqlar bayramın şənliyini daha da artırmaq üçün müxtəlif oyunlar oynayır, şeirlər söyləyir, mahnılar oxuyurlar.

Böyüklər bu müqəddəs bayram axşamında dualar edərək Novruzun bolluq, bərəkət və firavanlıq gətirməsini arzulayırlar. Hər kəs bir-birinə xoş sözlər söyləyir, mehribanlıq və birlik hissi güclənir. Bu bayramın əsas mahiyyəti insanların qəlbində sevgi və səmimiyyət hissi oyatmaq, onları daha da yaxınlaşdırmaqdır.

Xatırladaq ki, növbəti çərşənbələr olan Yel çərşənbəsi martın 11-nə, İlaxır, yaxud da Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edir.

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

Od çərşənbəniz mübarək!

Birlik ruhunu gücləndirir, yeni başlanğıclar üçün yol açır - Astarada Od çərşənbəsindən reportaj VİDEO

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2025-ci ilin ilk Ay tutulması bu tarixdə baş verəcək

Next

Çay süfrələrinin bəzəyi – ləziz Quba paxlavası necə hazırlanır? Reportaj

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv