Bölgə 

Cəbrayıl rayonunun Keçəl Məmmədli kəndi – FOTO

Cəbrayıl rayonunun Keçəl Məmmədli kəndi Soltanlı kənd inzibati ərazi dairəsində yerləşir. Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Keçəl Məmmədli kəndinin görüntülərini təqdim edir.  

Read More
Bölgə 

İstehlaka yararsız heyvan cəmdəyi məhv edilib – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Yevlaxda istehlaka yararsız heyvan cəmdəyini məhv edib. Bu barədə AQTA-dan bildirilib. Yevlax rayonunun Aşağı Bucaq kəndində fəaliyyət göstərən və Şirin Nizami oğlu Kərimliyə məxsus heyvan kəsimi məntəqəsində keçirilən baxış zamanı iribuynuzlu heyvanın ətinin və daxili orqanlarının istehlak üçün yararsız olduğu aşkarlanıb. Belə ki, məntəqəyə kəsim üçün gətirilən heyvanda ilkin klinik müayinə zamanı heç bir xəstəlik aşkar edilməsə də, kəsildikdən sonra ətin və daxili orqanların müayinəsi zamanı heyvanın Telerioz xəstəliyinə yoluxduğu müəyyən olunub. Qeyd edilənlərə əsasən, akt tərtib edilib. Müvafiq qaydalara uyğun olaraq, heyvan cəmdəyi və…

Read More
Bölgə 

Cəbrayıl rayonunun Karxulu kəndi – FOTO

Cəbrayıl rayonunun Karxulu kəndi eyniadlı inzibati ərazi dairəsində, düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 4-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Karxulu kəndinin görüntülərini təqdim edir.  

Read More
Bölgə 

Şəmkirdə ata-oğul küçədə döyülüblər

Şəmkirdə ata-oğul küçədə döyülüblər. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun “Üç yol” adlanan ərazisində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakinləri – 1977-ci il təvəllüdlü Ə.Qasımov və onun oğlu, 1999-cu il təvəllüdlü A.Qasımov mübahisə zəminində döyülərək müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir. Onların kim tərəfindən döyülməsi və mübahisənin başvermə səbəbləri araşdırılır.

Read More
Bölgə 

Azərbaycanda məktəbli itkin düşdü – FOTO

Cəlilabadda yeniyetmə itkin düşüb. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən xəbərə görə, Cəlilabad rayon Suluçeşmə kənd sakini, 14 yaşlı Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində ağ köynək, əlində çanta olduğu bildirilir. Onu görən şəxslərdən DİN-in 102 xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Read More
Bölgə 

İsmayıllıda çəkiliş anında qaya parçaları yola töküldü – VİDEO

İsmayıllı-Lahıc yolunda çəkiliş aparan qrup çətinlik yaşayıb. Belə ki, ötən axşam təbii fəlakət nəticəsində Nazmazgah kəndindən Lahıc qəsəbəsinə gedən istiqamətdə böyük bir qaya parçası yola düşüb və hərəkət məhdudlaşıb. Yolun bağlanması səbəbindən həm kəndlilərin, həm də rayondan kəndə gələnlərin bu istiqamətdə hərəkəti mümkünsüzləşib. Baku TV-nin əməkdaşları ərazidə çəkiliş apararkən qaya parçaları yenidən yola tökülüb. Qeyd edək ki, iyunun 1-də, saat 12 radələrində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrliyində yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənib. Ətraflı videonu təqdim edirik:

Read More
Bölgə 

Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır – FOTO

Ötən gün Göyçayda qasırğanın törətdiyi fəsadlar aradan qaldırılır. Qasırğa nəticəsində rayonun Natəvan küçəsində yerləşən çoxmənzilli yaşayış binasının yararsız vəziyyətə düşən dam örtüyü ərazidən daşınır. Göyçay Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Seymur Soltanovun AZƏRTAC-a verdiyi məlumata görə, təhlükəsizlik tədbirləri məqsədilə həmin binanın elektrik və qaz təchizatı dayandırılıb. Hazırda binanın dam örtüyünün dəyişdirilməsi üçün işlər görülür. Şəhərə içməli suyun və təbii qazın verilişi, eləcə də elektrik naqilləri bərpa edilib, aşan elektrik dirəklərinin bəziləri qaldırılıb. Bununla da, şəhərin bəzi hissələrinə elektrik enerjisinin verilişi təmin olunub. Kəndlərin də elektrik enerjisi ilə təmin edilməsi üçün…

Read More
Bölgə 

Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya uğrayıb – FOTO

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya uğrayıb. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus QAZ-31 markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan “Mercedes Vito” yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb. Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.  

Read More
Bölgə 

Tovuzda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb – FOTO

Tovuz rayonu, Əsrik Cırdaxan kəndində fəaliyyət göstərən, fiziki şəxs Polad Əsgər oğlu Zeynalova məxsus “Loğman” kafesində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq dezinfeksiya işlərinin aparılmadığı, döşəmənin tamlığının pozulduğu, döşəmə, tavan və divarların asan yuyulub təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi, həmçinin ərzaq məhsullarının saxlanma temperaturunun gözlənilmədiyi, üzərində etiket məlumatları olmayan və mənşəyi bilinməyən qida məhsulları müəyyən…

Read More
Bölgə 

Kəlbəcərin Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişi yekunlaşıb – VİDEO

“Azərişıq” ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb. Bu barədə ARANTV.AZ-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, “Azərişıq” ASC  işğaldan azad olunmuş regionlarımızda yenidənqurma işlərini davam etdirir. “Yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib. Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər elektrik enerjisi ilə təmin olunub. Xatırladaq ki,…

Read More