Azərbaycanda məktəbli itkin düşdü – FOTO
Cəlilabadda yeniyetmə itkin düşüb.
Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən xəbərə görə, Cəlilabad rayon Suluçeşmə kənd sakini, 14 yaşlı Pünhan Ceyhun oğlu Quliyev mayın 30-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində ağ köynək, əlində çanta olduğu bildirilir.
Onu görən şəxslərdən DİN-in 102 xidmətinə və ya ərazi üzrə polis orqanlarına məlumat vermələri xahiş olunur.


