Bölgə 

Bakıda 15, Gəncədə 16 yaşlı qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb. “Report”un xəbərinə görə, hadisə mayın 27-də paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Aişən Zaur qızı Abbaslı evdən naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır. Analoji hadisə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində də qeydə alınıb. Şəhər sakini, 2007-ci il təvəllüdlü Aytən Mustafa qızı Orucova yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

Read More
Bölgə 

Elnur Abdullayev: “Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq” – FOTO

“Laçına qayıdacaq sakinlərin iş yerləri ilə bağlı problemi olmayacaq və artıq 7 müəssisəyə işə cəlb olunmasına start verilib”. “Report” xəbər verir ki, bunu “Böyük Qayıdış” proqramı üzrə baş koordinator Elnur Abdullayev deyib. “Onların demək olar ki, ştat cədvəli də tam hazırdır. Həmçinin digər müəssisələrdə də analoji işlər aparılıb. Sakinlərə heç bir qadağa yoxdur və onların müraciəti əsasında onların ixtisasına uyğun yönləndirmə işləri aparılır. Hazırda respublikamızın digər bölgələrində yaşayan sakinlərimizin ixtisasa uyğun olmayaraq digər işlərə cəlb edilməsi halları var və biz onlarla ilkin söhbətlərimizdə onların ixtisaslarına uyğun işlərlə təmin olunmasını üstün sayırıq”, – E.Abdullayev qeyd…

Read More
Bölgə 

Qubadlı rayonunun Mahruzlu kəndi – FOTO

Qubadlı rayonunun Mahruzlu kəndi Həkəri çayının sahilində yerləşir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Mahruzlu kəndinin görüntülərini təqdim edir:  

Read More
Bölgə 

Ölkə başçısı: “Bu ilin sentyabrına qədər Zabux kəndi zabuxluların sərəncamına veriləcək”

“Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Zabux və Sus kəndlərinin Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib ki, orada da fəal iş aparılır. “Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Read More
Bölgə Region Xəbərləri 

Bərdə rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir-FOTO

Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma işlərinə başlanmışdır. Cari il ərzində keçirilən yaşıllaşdırma aksiyasında rayon ərazisində 2500 ədəd ağac və 3000 ədəd gül kolu əkilib, 3000 kvadratmetr əraziyə qazon döşənib və təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib. Bərdə rayon sakinlərinin sevimli istirahət guşələrindən olan Heydər Əliyev adına park-bulvarda və digər istirahət parklarında da yaşıllaşdırma işləri aparılıb. Parkın ərazisində qazon örtüyü yenilənib və yeni yaşıllıq zolaqları salınıb. Rayon ərazisində magistral avtomobil yolunun kənarlarında, qəsəbələr arası yolların…

Read More
Bölgə 

Gəncədə mikroavtobus iki avtomobillə toqquşdu

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan 4 saylı xətt üzrə işləyən ISUZU markalı sərnişin avtobusu ilə VAZ-21015 və “Niva” markalı minik maşınları toqquşub. Qəzadan sonra avtobus yoldan çıxaraq reklam dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Read More
Bölgə 

DİN-dən qaçırılan 14 yaşlı qızın atasının şikayətinə CAVAB – YENİLƏNİB

“14 yaşlı qızın itkin düşməsi ilə bağlı yaxınları tərəfindən Ağdaş Rayon Polis Şöbəsinə edilən müraciət əsasında dərhal onun axtarışlarına başlanılıb və elə həmin gün yetkinlik yaşına çatmayan qız birlikdə getdiyi rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə şöbəyə gəliblər”. Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. “Atasının da iştirakı ilə yeniyetmənin izahatı alınıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Yeniyetmə ifadəsində ailə qurmaq məqsədilə rayon sakini S.Ələkbərov ilə könüllü şəkildə getdiyini və ona qarşı hər hansısa bir zorakılıq edilmədiyini bildirib. Bundan başqa…

Read More
Bölgə 

Xaçmazda qaz xəttinə hava vurulduğu iddia edilir – VİDEO

“Qaz xəttinə hava vurulur”. “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Xaçmaz sakini iddia edir ki, abonentlərin istifadəsində olan qaz xəttinə müdaxilə edilib. Daha dəqiq desək, qaz üçün nəzərdə tutulan xəttə hava vurulur. Xaçmaz sakinləri, həmçinin mavi yanacaq verilişində fasilələr olduğunu da iddia edirlər. “Azəriqaz” İstehsalat Birliyinin Texniki istismar şöbəsinin böyük mühəndisi  Pərviz Nəbiyev qeyd edib ki, payız-qış mövsümünə hazırlıq məqsədilə istehlakçıların  təbii qazla təhlükəsiz və fasiləsiz təmin olunması üçün daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq işləri həyata keçirilir. Bəs qaz xəttinə hava niyə vurulur? Buna görə abonentlərə əlavə ziyan dəyirmi? Pərviz Nəbiyev bildirib ki, boruların mövsümə hazırlanması…

Read More
Bölgə 

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov ARANTV- yə bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları baş çatıb. Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxararaq müvafiq…

Read More