Bərdə rayonunda yeni yaşıllıq zolaqlarının salınması və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir-FOTO
Bərdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan silsilə tədbirlər çərçivəsində növbəti yaşıllaşdırma işlərinə başlanmışdır. Cari il ərzində keçirilən yaşıllaşdırma aksiyasında rayon ərazisində 2500 ədəd ağac və 3000 ədəd gül kolu əkilib, 3000 kvadratmetr əraziyə qazon döşənib və təmizlik-abadlıq işləri aparılıb. Eyni zamanda, əvvəl əkilən ağac və gül kollarına da aqrotexniki quluq göstərilib.
Bərdə rayon sakinlərinin sevimli istirahət guşələrindən olan Heydər Əliyev adına park-bulvarda və digər istirahət parklarında da yaşıllaşdırma işləri aparılıb. Parkın ərazisində qazon örtüyü yenilənib və yeni yaşıllıq zolaqları salınıb.
Rayon ərazisində magistral avtomobil yolunun kənarlarında, qəsəbələr arası yolların kənarlarında, alaqların vurulması, qurumuş ağacların yerinə yeni ağacların əkilməsi, yaşıllıq zolaqlarının bərpası işləri görülmüşdür.
Eyni zamanda şəhərin bütün küçələrindən məişət tullantıları təsdiq edilmiş qrafikə uyğun toplanır.
Bununla yanaşı müxtəlif ünvanlarda iməciliklər təşkil edilir, ətraf ərazilər mütəmadi olaraq tullantılardan təmizlənir.