Bölgə Hadisə Region Xəbərləri 

Bərdədə “Alfa Med” klinikasının fantastik müayinə QİYMƏTİ-VİDEO

Bərdə rayonunda fəaliyyət göstərən özəl tibb klinikaası olan ” Alfa Med” Klinikaası insanı şok edəcək müayinə qiymətləri tərtib edib. Rayonda fəaliyyət göstərən digər özəl klinikalarda 8-10 manata olan QFT analizi ” Alfa Med” klinikaasında nə az nə çox 250 manata təklif edilir. Görəsən bu qiyməti klinika rəhbərliyi hardan müəyyən edib. Kim ona bu ixtiyarın verib. ARAN TV məsələni dəqiqləşdirmək üçün “Alfa Med” Klinikası və və digər özəl klinikalarla təlefon əlaqəsi saxlayıb. Aparılan araşdırma zamanı yuxarıda qeyd edilən qiymətlər isə təsdiqini tapıb. Yəqin ki, Səhiyyə nazirliyi və digər dövlət orqanları məsələni…

Read More
Bölgə Hadisə Region Xəbərləri 

Bərdədə yaşayış evi yanıb kül oldu-VİDEO

Bərdə rayonunda yanğın hadisəsi baş verib. Hadisə Göyüşlü kəndində baş verib. Kənd sakini Mahir Heydər oğlu Kazımova məxsus evdə yanğın baş verib. İki mərtəbədən ibarət olan 10 otaqlı yaşayış evi tamamilə yanaraq kül olub. Yanğın zamanı ev sahibləri evdə olsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Bildirilir ki, ev qəfil alovlandığından ailə üzvləri evi tərk edərək qonşuları köməyə çağırıblar. Lakin yanğın evi əhatə etdiyindən alovu söndürmək mümkün olmayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Hadisənin qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Bölgə 

Cəbrayıl rayonunun Əfəndilər kəndi – FOTO

Cəbrayıl rayonunun Əfəndilər kəndi dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandallar işğal dövründə kəndi yerlə bir edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Əfəndilər kəndinin görüntülərini təqdim edir.  

Read More
Bölgə 

Naftalan ŞİH və AzTU mobillik planı ilə bağlı müqavilə imzalamışdır-FOTO

Naftalan Şəhər İcra Hakimiyyətində iki qurumun nümayəndələri arasında “Şəhərdaxili hərəkət (mobillik) plan”nın hazırlanması ilə bağlı görüləcək işlərin səmərəliliyin artırılması üçün görüş keçirilib. ŞİH-nin başçısı Vüqar Novruzov, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova və İcra Hakimiyyətinin məsul əməkdaşları görüşdə iştirak ediblər. İcra başçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda aparılan abadlıq quruculuq işlərindən söhbət açaraq Naftalanın bu gün beynəlxalq turizm mərkəzinə çevrildiyini qeyd edib.…

Read More
Bölgə 

Tərtərdə “Heydər Əliyev İli” ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin ailələrinə və əlillərə sovqat paylanıb-FOTO

Tərtər Rayon İcra Hakimiyyəti “Vəkiloğlu” MMC şirkəti ilə birlikdə “Heydər Əliyev İli” ilə əlaqədar Tərtər rayonundan olan Vətən Müharibəsinin 62 şəhid ailəsinə və 57 əlilinə ərzaq yardımı edib. Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyətinin və “Vəkiloğlu” MMC şirkətinin əməkdaşları iştirak ediblər. Şəhid ailələri və əlillər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Read More
Bölgə 

Ədliyyə naziri Tərtər rayonunda vətəndaşları qəbul edib

Mayın 12-də ədliyyə naziri Fikrət Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Dövlət başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Tərtər, Ağdam, Bərdə və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyətinə dair müraciətləri diqqətlə dinlənilərək qaldırılan məsələlərlə bağlı aidiyyəti tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına xüsusi həssaslıqla yanaşılıb. Bölgə sakinləri onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər. Səfər…

Read More
Bölgə 

Şirvanda “Narkomaniyaya qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecdə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə çıxış edən Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışıb. Bildirib ki, gənclərin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən ciddi mübarizə aparılır, zərərli maddələrin qurbanına çevrilən insanların normal həyata qayıda bilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilir. Mövzu ətrafında çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar…

Read More
Bölgə 

Vilayət Eyvazov Naxçıvan DİN-ə inspektor təyin etdi

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə inspektor təyin edilib. Arantv.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə müvafiq olaraq Çimnaz Nəcəfovaya polis leytenantı xüsusi rütbəsi verilib. Azərbaycan DİN-in mətbuat xidmətindən məlumatı təsdiqləyib.

Read More
Bölgə 

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb

Arantv.az xəbər verir ki, Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov mayın 12-də imzalayıb. Qərarda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır: I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası 2023-ci il may ayının 16-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın. II. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilsin: 1. Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının təsdiq edilməsi 2. “Toxumçuluq haqqında” və “İnsan orqan…

Read More