Bərdədə “Alfa Med” klinikasının fantastik müayinə QİYMƏTİ-VİDEO
Bərdə rayonunda fəaliyyət göstərən özəl tibb klinikaası olan ” Alfa Med” Klinikaası insanı şok edəcək müayinə qiymətləri tərtib edib. Rayonda fəaliyyət göstərən digər özəl klinikalarda 8-10 manata olan QFT analizi ” Alfa Med” klinikaasında nə az nə çox 250 manata təklif edilir. Görəsən bu qiyməti klinika rəhbərliyi hardan müəyyən edib. Kim ona bu ixtiyarın verib.
ARAN TV məsələni dəqiqləşdirmək üçün “Alfa Med” Klinikası və və digər özəl klinikalarla təlefon əlaqəsi saxlayıb. Aparılan araşdırma zamanı yuxarıda qeyd edilən qiymətlər isə təsdiqini tapıb. Yəqin ki, Səhiyyə nazirliyi və digər dövlət orqanları məsələni nəzarətə götürərək ” Alfa Med” klinikaasın bu özbaşınalığına son qoyacaq.

