Bölgə 

Hacıqabulda polisin saxladığı avtomobildə narkotik və beşbarmaq aşkarlanıb

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları (BDYPİ) tərəfindən mayın 8-də saat 9 radələrində Bakı-Qazax yolunda yerləşən postda KIA markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb. Bu barədə BDYPİ-dən məlumat verilib. Sürücü, Bakı şəhər sakini Nasir Məmmədov və sərnişinləri, əvvəllər məhkum olunmuş – Ruslan Cavadov, Mehman Mirzəyev və Elgün Əliyev özlərini şübhəli apardıqlarına görə posta dəvət ediliblər. Sürücü ilə fərdi söhbət aparılarkən sərnişinlərdən biri cibindən bıçaq çıxararaq uca səslə onları buraxmasalar, özünə xəsarət yetirəcəyini bildirib, bu zaman digər sərnişin qaçmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Sürücü və sərnişinlər avtomobillə birgə Hacıqabul Rayon…

Read More
Bölgə 

Şuşa sənət aşiqlərinə qucaq açdı: “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb – FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb. Səhər saatlarında festival proqramı üzrə tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub. Qeyd edək ki, festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstərilir. Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq. Qeyd edək ki,…

Read More
ARAN TV ARAN TV Radio Bölgə Region Xəbərləri 

Ulu öndər Heydər Əliyevlə görüşən Bərdəli sağıcı-VİDEO

Heydər Əliyev işləyənin qədrini bilər, çəkilən zəhməti lazımınca qiymətləndirərdi. Bərdə rayon sakini Fərqanə Adıgözəlova ömür kitabının hər səhifəsindəki uğurlarda ulu öndərin böyük rolu olduğunu deyir. Bərdə rayon sakini, sağıcı Fərqanə Adıgözəlovanın əmək fəaliyyətinə başladığı illər ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Günlərin birində gələcək südçü gənc qadına tez-tez Bərdəyə gələn ümummilli liderlə görüşmək nəsib olur. O dövrdə kalxozda təcrübə keçən Fərqanə xanım ali təhsil almaq təşəbbüsü də ümummilli liderdən gəlir. 20 yaşında Fərqanə Gəncə şəhərində Kənd təsərrüfatı üzrə alı təhsil alır. Fərqanə Adıgözəlova deyir ki, ulu öndər Heydər…

Read More
Bölgə 

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır – VİDEO

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır. APA xəbər verir ki, dünəndən festival iştirakçıları artıq Şuşaya gəlməkdədir. Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir. 9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan,…

Read More
Bölgə 

Naxçıvanda iki vəzifəli şəxsə cinayət işi açıldı

İcra nümayəndəliyində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Naxçıvan Muxtar Respublikası Prokurluğu məlumat yayıb. Belə ki, Babək Rayon İcra Hakimiyyəti başçısının Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eldəniz Hümbətov və onun müavini İntizam Məmmədlinin qanunsuz əməlləri barədə Babək Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Eldəniz Hümbətov və İntizam Məmmədlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vərəsəlik hüququnun tanınması üçün qanunsuz sənədlər verməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İbtidai istintaq davam…

Read More
Bölgə 

Qəhrəmanlar unudulmur

Azərbaycan xalqı dünyanın ən güclü, vətənpərvər və cəsur xalqları içərisindədir. İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular.…

Read More
Bölgə 

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb. ARANTV.AZ xəbər verir ki, qanunsuz tikinti-quraşdırma işləri Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkarlanıb. Belə ki, aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılıb və sözügedən ərazidə Nazim İslam oğlu Əhmədov tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinəriayət edilmədən, zəruri razılaşdırılma və icazə prosedurları həyata keçirilmədən, o cümlədən Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək…

Read More
Bölgə Region Xəbərləri 

“Oyuq”çular yubileylərini Talışda qeyd edir-VİDEO

Azərbaycan Dövlət Kukla Teatrı və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində konsert-tamaşa nümayiş olunub. Tədbir teatrın “Heydər Əliyev İli” və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlərindən biridir. Kuklaçılar talışlı teatrsevərlər qarşısında repertuarlarındakı maraqlı nümunələrdən biri – “Şəngülüm, Məngülüm” tamaşası ilə çıxış ediblər. Mikayıl Müşfiqin məşhur mənzum nağılı əsasında hazırlanan mono kukla tamaşasının rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır. Teatrın aparıcı aktrisası Ülviyyə Əliyeva bu tamaşada canlı planda…

Read More