Bölgə Region Xəbərləri 

“Oyuq”çular yubileylərini Talışda qeyd edir-VİDEO

Azərbaycan Dövlət Kukla Teatrı və Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində konsert-tamaşa nümayiş olunub. Tədbir teatrın “Heydər Əliyev İli” və peşəkar Azərbaycan milli teatrının yaranmasının 150 illiyi ilə bağlı silsilə tədbirlərindən biridir.
Kuklaçılar talışlı teatrsevərlər qarşısında repertuarlarındakı maraqlı nümunələrdən biri – “Şəngülüm, Məngülüm” tamaşası ilə çıxış ediblər.

Mikayıl Müşfiqin məşhur mənzum nağılı əsasında hazırlanan mono kukla tamaşasının rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Elza Seyidcahandır.
Teatrın aparıcı aktrisası Ülviyyə Əliyeva bu tamaşada canlı planda Nağılçı ilə yanaşı beş kuklanın (Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi) obrazında da tamaşaçı qarşısına çıxıb. Tamaşalar izləyicilərdə xoş təəssürat yaradıb.

Qastrolda teatrın aktyor truppası ilə yanaşı teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının vokalçıları da geniş konsert proqramlı ilə çıxış ediblər. Bu mənada tədbiri studiyanın hesabat konserti də saymaq olar.

Xatırladaq ki, bu kuklaçıların Talış kəndinə ikinci səfəridir. Belə ki, onlar böyük köçdən sonra reallaşan ilk Novruz şənliklərində də böyük heyətlə iştirak ediblər.Ümumilikdə istər teatrın aktyor truppası, istərsə də studiyanın yetirmələri mütəmadi işğaldan azad olunmuş və yaşayışın qismən bərpa olunduğu ərazilərdə təşkil olunan tədbirlə qatılırlar.
Bərdə şəhər 3 nömrəli musiqi məktəbi ulu öndərin 100 illik munasibəti ilə fləşmob kecirib. Heydər Əliyev parkında kecirilən fləşmoba xeyli sayda məktəbli şagird qoşulub.

Məktəblilərin təşkil etdiyi fləşmob Bərdə Regional Mədeniyyət İdarəsinin rəisi Səxavət Məmmedov ve bir sıra məktəb və təşkilat müəssisələrin əməkdaşları iştirak edib.

Məktəbin 60 nefer şagirdi Eli Əzizilinin ifadında Səməd Vurğunun “Azerbaycan”şerini seslendiriblər.

Daha sonra mektebin xor kollektivi “Heyder babamız”mahnısını ifa etdiblər. Daha sonra uşaqlar Sami Yusifin “Azerbaycan”mahnısının sedaları altında reqs ediblər.

Ardınca məkteblilər Heərdeəər Eliyevin 100 illiyini nümayiş etdirmek ücün “100” reqemini sergilediler.

Tedbir dahi liderin, ebediyaşar sexsiyyetin öz ifasında “Azerbaycan” şeriyle başa catdı

Daha çox xəbərlər