Category: Bölgə
Şamaxıya güclü qar yağıb
Şamaxı rayonuna ötən gecədən başlayaraq güclü küləklə müşayiət olunan ilk qar yağıb. Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, külək səhər saatlarında dayansa da, qar yağmaqda davam edir. Şamaxı şəhərində qarın qalınlığı 4-5 santimetrə, şimal dağlıq ərazilərdə, o cümlədən Dəmirçi, Zaratxeyvər, Pirbəyli və bir sıra digər yaşayış məntəqələrində isə 10 santimetrə çatıb. Şamaxıya yağan və güclü küləklə müşayiət olunan qar bölgədə ciddi fəsadlar törətməyib.
Read MoreQuba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb – FOTO
Ötən gün axşam saatlarından etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb. Ən çox yağıntı Qubanın Qrız kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 11 sm-ə çatıb, temperatur isə mənfi 6 dərəcəyədək enib.
Read MoreYevlaxda üç min manatlıq tovuz quşu – VİDEO
Pompon toyuqları, Brama, Cırtdan hind quşları, tovuz quşunun müxtəlif növləri. Sözügedən ekzotik quşları Yevlax rayonunun Balçı kənd sakini Rəşad Məmmədov bəsləyir. O, həmin heyvanlar üçün xüsusi yerlər quraşdırıb. Rəşad Məmmədovun sözlərinə görə, quşların qiyməti yaşına və növünə görə dəyişir. “Tovuz quşları arasında ən bahalısı Yava növləridir. Onların satış qiyməti 3 min manata kimi olur”, – deyə o qeyd edib. 10 ilə yaxındır həvəskar olaraq bu işlə məşğul olduğunu deyən R.Məmmədovun həyətində hazırda qiyməti ümumilikdə 10 min manata yaxın olan 50-dən çox Hind, Arlekin və Ağ cinsli tovuz quşları, eləcə də…
Read MoreBərdə şəhər 10 saylı körpələr evi-uşaq bağçasında “Nar Bayramı” qeyd edildi Video+Fotolar
ARANTV.AZ xəbər verir ki,Azərbaycan tarixi uzaq əsrlərə gedib çıxan narın yetişdirilməsi mədəniyyəti ilə qırılmaz surәtdә bağlıdır. Narlar tarixən Azərbaycanın demәk olar ki, bütün regionlarında yetişdirilir. Lakin quru subtropik zonada yerləşən Şirvan ən yaxşı nar sortlarının yetişdirilmәsi mərkəzi kimi qəbul edilmişdir. Şirə istehsalı üçün əsas etibarı ilə Göyçay rayonunda yetişən narlardan istifadə edilir. Məhz , Göyçay narı dünyada tanınaraq, “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişlər. Qöyçay narlarının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində rast gəlinməyən unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir. “Nar bayramı, ənənəvi nar festivalı…
Read MoreBərdədə 8 Noyabr “Zəfər günü” nə həsr olunmuş “Zəfər Yolçuları” adlı tədbir keçirilib
Bu gün, yəni oktyabrın 31-də Bərdə rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr “Zəfər günü” nə həsr olunmuş “Zəfər Yolçuları” adlı tədbir keçirilib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə Bərdə RİHB Aparatının nümayəndələri, şəhid anaları, qazilər və Vətən müharibəsi qəhrəmanı Yaşar Hüseynovun ailəsi, rayon ictimaiyyəti iştirak edib. Tədbir zamanı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən hazırlanmış əl işlərindən ibarət hədiyyələr şəhid analarına və qazilərə təqdim edilib. Tədbir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin…
Read More