Təhsil 

İmtahan cavablarını buradan yoxlaya bilərsiniz

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirib. Musavat.com xəbər verir ki, imtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub. İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları və test tapşırıqlarının izahı ilə müvafiq hiperkeçidlərdə tanış ola bilərsiniz.

Read More
Təhsil 

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 14 iyun 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, imtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq…

Read More
Təhsil 

Emin Əmrullayev Kəlbəcərin ilk məzununun “Son zəng” tədbirində iştirak etdiFOTO

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib. Musavat.com xəbər verir ki, nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb. Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb. Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı “Son zəng” proqramı ilə yekunlaşıb.

Read More
Təhsil 

Emin Əmrullayev məzunları təbrik etdi

Elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesablarında “Son zəng”lə bağlı paylaşım edib. Musavat.com xəbər verir ki, paylaşımda deyilir: “Əziz məzunlar, Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm. Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə…

Read More
Təhsil 

Emin Əmrullayev məzunların köynəyinə təbriklərini yazdı – VİDEO

Elm və təhsil naziri Emin Əmrullayev son zəng tədbirində maraqlı addımı ilə diqqət mərkəzinə düşüb. Musavat.com xəbər verir ki, tədbir zamanı nazir məzunlarla bir araya gələrək onların sevincinə şərik olub. Yayılan görüntülərdə Emin Əmrullayevin məzunların köynəklərinə xatirə və təbrik sözləri yazdığı əks olunub. Nazirin şagirdlərlə səmimi ünsiyyəti və onların müraciətlərini geri çevirməməsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çoxsaylı rəylər toplayıb.

Read More
Təhsil 

“Son zəng”də TƏHLÜKƏLİ dəb – Bu şirkətləri hansı CƏZA gözləyir?

Bu gün – iyunun 13-də ölkə məktəblərində “Son zəng” çalınacaq. Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırıb.  BŞDYPİ-dən bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edirlər. Lakin nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca…

Read More
Təhsil 

15 mindən çox şəxs magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 14-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahan respublikanın 3 şəhər və rayonunda – Bakı, Sumqayıt, və Abşeronda, ümumilikdə 63 binada təşkil olunacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Qeyd edilib ki, imtahanda iştirak etmək üçün 15719 bakalavr ərizə təqdim edib. Onlardan 14612 nəfər Azərbaycan bölməsi, 1107 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan…

Read More
Təhsil 

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

10–11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd edilir. Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin isə məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Yeni…

Read More
Təhsil 

“Son zəng”lə bağlı qadağalar – RƏSMİ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına əsasən, bütün dövlət ümumi təhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. Musavat.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılıb. “Təlimata əsasən tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır. “Son zəng” tədbiri səhər saat 8:00, 9:00 və ya…

Read More
Təhsil 

Bu il Bakıda 78 nəfər XII sinfi bitirir

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir. Bu barədə Musavat.com-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur. Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır. Qeyd olunub ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını…

Read More