Bölgə 

“Karyera Marafonu 2022” layihəsinin növbəti səfəri Bərdə rayonuna olub!

Kapital Bank və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə regionlarda start verilən “Karyera Marafonu 2022” layihəsinin növbəti səfəri Bərdə rayonuna olub! #Bərdə, #Ağdam, #Ağcabədi və #Saatlı gənclərinin iştirak etdiyi marafonda karyera sərgisi, işəqəbul mütəxəssisləri tərəfindən “Məsafədən satış”, “Kapital Bank tarixçəsi və karyera imkanları” haqqında məlumat verilib. Gənclərin yaranmış sualları mütəxəssislər tərəfindən cavablandırılıb, Kapital Bankda olan aktiv vakansiyalar üçün iştirakçıların “CV”ləri qəbul olunub. Karyera marafonunda aktiv iştirak edən gənclərə hədiyyələr təqdim olunub.

Read More
Bölgə 

Tovuz rayonunda 23 min hektardan artıq əkin sahəsi suvarılır

Tovuz Suvarma Sistemləri İdarəsi Tovuz rayonunun suvarılan sahələri üzrə, əkin sahələrinin su təminatını uğurla yerinə yetirir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, rayonda suvarılan torpaq sahələrinin suvarılmasında 858 km uzunluqda təsərrüfatdaxili, 145 km uzunluqda isə təsərrüfatlararası kanallardan istifadə olunur. İdarə tərəfindən həmin kanallar hər il mütəmadi olaraq lildən təmizlənir. O cümlədən kanalların beton üzlüyə alınması nəticəsində su itkisinin minimuma endirilməsi təmin edilir. Hazırda idarənin texnikaları və əl əməyi ilə kanalların lildən və kol-kosdan təmizlənməsi həyata keçirilir. Ümumiyyətlə bu günə qədər arx və…

Read More
Bölgə 

Daşkəsəndən sel keçib – VİDEO

Daşkəsən rayonu ərazisindən qısamüddətli sel keçib. Bu barədə “İki sahil”ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, yağan leysan yağışlar nəticəsində 08 avqust saat 10:40 radələrində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay-Qaraqollar və Gəncəçay-Alaxançallı məntəqələrindən qısamüddətli sel keçib.

Read More
Bölgə 

Tovuzda ət kəsimi və satışı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Tovuz rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Tovuz Regional Bölməsinin birgə təşkilatçılığı ilə Nizami adına Mədəniyyət evində qanunsuz ət kəsimi və satışı ilə mübarizə ilə bağlı tədbir keçirilib. Tədbirdə Tovuz RİH başçısı aparatının, AQTA-nın Tovuz regional bölməsinin və Tovuz rayon Polis şöbəsinin əməkdaşları, Tovuzda fəaliyyat göstərən ət kəsimi və satışı ilə məşğul olan sahibkarlar və ictimai iaşə obyektlərinin sahibləri iştirak ediblər. Tədbiri giriş sözü ilə RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Alı İbrahimov açaraq iştirakçılara təşkil olunan görüşün məqsədi barədə məlumat vermişdir.…

Read More
Bölgə 

Vətənin ölməz oğulları

Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon filialının (QMƏVŞAİB) sədri Nahid Rəhimov, qazilər, şəhid ailələri və Masallı rayon ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlk öncə tədbiri giriş sözü ilə açan muzeyin direktoru…

Read More
Bölgə 

Goranboyda şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Goranboy RİH Başçısının müavini Mirvari Ağamalıyeva və icra hakimiyyətinin digər məsul əməkdaşları Qırıxlı, Qaramusalı və…

Read More