“Karyera Marafonu 2022” layihəsinin növbəti səfəri Bərdə rayonuna olub!
Kapital Bank və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə regionlarda start verilən “Karyera Marafonu 2022” layihəsinin növbəti səfəri Bərdə rayonuna olub!
#Bərdə, #Ağdam, #Ağcabədi və #Saatlı gənclərinin iştirak etdiyi marafonda karyera sərgisi, işəqəbul mütəxəssisləri tərəfindən “Məsafədən satış”, “Kapital Bank tarixçəsi və karyera imkanları” haqqında məlumat verilib.
Gənclərin yaranmış sualları mütəxəssislər tərəfindən cavablandırılıb, Kapital Bankda olan aktiv vakansiyalar üçün iştirakçıların “CV”ləri qəbul olunub. Karyera marafonunda aktiv iştirak edən gənclərə hədiyyələr təqdim olunub.


