Bölgə 

Xaçmazın qar mənzərələri – FOTOREPORTAJ

Yanvarın 12-si axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qar ən çox Quba, Qusar və Xızı ərazisinə düşsə də, bölgənin digər rayonlarında da şaxtalı və qarlı hava şəraiti müşahidə olunur. Qubada 10, Qusarda 6, Xaçmazda isə 2 santimetr hündürlüyündə qar yağıntısı qeydə alınıb. Ən çox qar (15 sm) Qubanın Xınalıq və Qusarın Laza kəndlərində qeydə alınıb. Havanın temperaturu əvvəlki günlərlə müqayisədə 8-10 dərəcə aşağı düşüb. Hazırda bölgənin ucqar ərazilərində 10 dərəcə şaxta müşahidə olunur. Qarın yağması park və xiyabanlarda gözəl mənzərə yaradıb. AZƏRTAC bu…

Read More
Bölgə 

Bayram günlərində Lənkərana gələn turistlərin sayı artıb VİDEOREPORTAJ

    Yeni ilin gəlişini maraqlı və yaddaqalan keçirmək üçün insanlar müxtəlif yerlərə üz tuturlar. Belə yerlərdən biri Lənkəran şəhəridir. Bura gələn insanlar arasında yerli turistlərlə yanaşı, xarici qonaqlara da rast gəlmək mümkündür. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkərana bayram günlərində gələn həm xarici, həm də yerli turistlərin sayı artıb. Bura gələn yerli turistlər daha çox fərdi evlərdə deyil, istirahət mərkəzlərində qalmağa daha çox üstünlük verirlər. Şəhər ərazisində xidmət göstərən hotel və istirahət mərkəzlərində qiymətlərin münasib olması turistlər üçün əsl bayram hədiyyəsi olub. Hotel meneceri Hikmət Məmmədov bildirir ki,…

Read More
Bölgə 

Bərdə-Ağdam dəmiryolunun tikintisindən son görüntülər – VİDEO

Bərdə-Ağdam dəmiryolunun tikintisindən son görüntülər yayılıb. ARANTV.AZ  xəbər verir ki, ümumi uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işləri davam edir. Tikintinin gələn il başa çatacağı planlaşdırılır. Artıq Ağdam istiqamətində bütün xətlər salınıb, dayanacaqlar müəyyən edilib.  

Read More
Bölgə 

Lənkəranın sitrus bazarından reportaj FOTO VİDEO

Lənkəranda sitrus meyvələrinin satıldığı xüsusi bazar fəaliyyət göstərir. Bu bazar artıq altı ildir ki, cənublu fermerlərin ixtiyarına verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bazarda yalnız sitrus məhsullarının topdan və pərakəndə satışı həyata keçirilir. Lənkəran və digər qonşu rayonların fermerləri, eləcə də ailə təsərrüfatları yetişdirdikləri sitrus məhsullarını “Sitrus bazarı” adlanan bu yerdə satışa çıxarırlar. Yeni il qabağı bazarda respublikanın hər yerindən alıcılara rast gəlmək mümkündür. Alıcılar qiymətdən razı qalsalar da, bəzi satıcılar bu il qiymətin aşağı olduğunu bildirirlər. Burada məhsulun qiyməti bazara uyğun olaraq gündəlik dəyişir. “Bu il məhsul bol…

Read More
Bölgə 

Günəş şüaları ilə nurlanmış ağ ev – Xanın imarətindən REPORTAJ

Ağdam şəhərindəki “İmarət” kompleksi Qarabağın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının, eləcə də xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarların və onların nəslindən olan görkəmli şəxslərin qəbirüstü türbələrinin, məzarlarının olduğu bu məkan həm tarixi, həm də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində təkcə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilmədi, həm də bu yerlərdəki tarixi-mədəni abidələrimiz, o cümlədən Ağdam şəhərindəki “İmarət” kompleksi əsirlikdən qurtuldu. Ağdam azadlığına qovuşandan sonra bura səfər edəndə ilk baş çəkdiyimiz məkanlardan biri “İmarət” kompleksi olmuşdu.…

Read More
Bölgə 

Bayramqabağı bazarlarda hind toyuğuna tələbat artıb – Ağstafadan reportaj VİDEO

1   Ölkəmizdə hind toyuğu, qaz və ördək ətinə tələbat ildən-ilə artmaqdadır. Bu ev quşları bayramlarda daha çox satışa çıxarılır. ARANTV.AZ xəbər verir ki, Ağstafada fərdi təsərrüfatlarda bəslənən hind toyuqlarını təsərrüfat sahibləri bu il də demək olar, ötənilki qiymətə satırlar. Hazırda hind toyuğunun əti erkək və fərə olmasından asılı olaraq 15-18 manata, diri halda isə çəkisi nəzərə alınmaqla, 40-60 manatadır. Bu qiymətlər keçən il də təxminən belə olub. Yeni ilə sayılı günlər qaldıqca bazarlarda hind toyuğuna tələbat da artır. Bu quşların alıcısı qaz və ördəyə nisbətən daha çoxdur. İnsanlar bayram…

Read More
Bölgə 

Bu kənddə hər ocaqda işıq yanır – Talışdan VİDEOREPORTAJ FOTO

44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra xalqımız Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasının, inkişafının və əzəli yurd yerlərimizə Böyük Qayıdışın sevincini yaşayır. Erməni işğalçılarının 30 il ərzində dağıdaraq yer üzündən sildiyi şəhər və kəndlər yenidən qurulur. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux kəndinə sakinlərin köçürülməsi təmin edilib. Bu şəhər və kəndlərə həyat yenidən qayıdıb. Ötən dövr ərzində AZƏRTAC olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri və sakinlərin doğma torpaqlarına qayıdışı ilə bağlı mütəmadi reportajlar hazırlamışıq. Budəfəki reportaj isə Talış kəndindəndir.…

Read More
Bölgə 

Sabah üç rayonda qaz olmayacaq

Sabah Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilir ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” magistral qaz kəmərinin yenidən qurulmuş yeni çəkilmiş sistemə birləşdirilməsi ilə bağlı dekabrın 26-da saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” Qaz Paylayıcı Stansiyadan (QPS) və həmin gün saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “Azaqrotaxıl” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Read More
Bölgə 

Güclü külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, şəhərə elektrik verilişi dayanıb – VİDEO

Gecə saatlarında güclü külək Quba, Qusar, Siyəzən və Xaçmaz rayonlarında fəsadlar törədib. APA xəbər verir ki, külək Qubada “Yaşıl Teatr”ın dam örtüyünü uçurub, rayonun elektrik təsərrüfatına ciddi ziyan dəyib. Hazırda Quba şəhəri də daxil olmaqla, rayonun əksər kəndlərində elektrik enerjisi yoxdur. Qusar və Xaçmaz rayonlarında isə, irigövdəli ağacları külək elektrik xətlərinin üzərində aşırıb, əksər yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Siyəzəndə külək iki çoxmənzilli binanın dam örtüyünü uçurub. Bu rayonunun da elektrik təsərrüfatına ciddi ziyan dəyib. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb.  

Read More
Bölgə 

Bol oksigen, göz oxşayan təbiət və təbii məhsullar – Zaqataladan reportaj

  Qarşıdan bayram tətili günləri gəlir. Əksər insanlar bu günlərdə bölgələrə üz tutur. Lakin hara getmək və necə istirahət etmək barədə bəzən qərar verə bilmirlər. Elə isə Azərbaycanın dilbər guşələrindən olan Zaqatalada fəaliyyət göstərən aqroturizm məkanlarına baş çəkmək gözəl fürsət ola bilər. ARANTV.AZ xəbər verir ki, Zaqatalada fəaliyyət göstərən “Hope Lake” və “EKO Zaqatala” aqroturizm təsərrüflarına “Paşa Holdinq”in dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində mediatur təşkil edilib. Jurnalistlər əvvəlcə Zaqatalanın “Hope Lake” – Ümid Gölü təsərrüfatında qonaq olub. Təsərrüfatın rəhbəri Hüseyn Mehdiyev iri və…

Read More