Bölgə 

Yarpaqları üç rəngdə olur, havanı oksigenlə daha çox zənginləşdirir – Lənkərandan reportaj VİDEO

Dəmirağacı ağacı cənub bölgəsinin florasının simvollarından biridir. “Qırmızı kitab”a düşən bu ağac, dəmir kimi möhkəm, suda isə batan yeganə ağacdır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəmirağacının özünəməxsus spesifik cəhətləri var. Hansı ki, bəzi cəhətləri digər bitkilərdə müşahidə edilmir. Əsasən subtropik və mülayim iqlimə uyğunlaşan bitki, daha çox meşədə, ikinci yarusta bitir. Dəmirağacı III dövrün relik bitkisidir. Ömrü də, başqa bir xəstəlik və ya zədə düşməyibsə, təxminən 200 ilə, hündürlüyü isə 20–25 metrə çatır. Dəniz səviyyəsindən 400–600 metr hündürlükdə, daha çox Talış dağlarında yayılıb. Amma aparılan müşahidələr göstərir ki, dəmirağacına…

Read More
Bölgə 

Ağacdakı “konfet”lər yetişdi – Xaçmazdan reportaj VİDEO

Çox ləzzətli və qeyri-adi dada malik meyvədir. Şirinliyinə və rənginə görə bu meyvəyə el arasında konfet və ya şokolad ağacı deyirlər. “Konfet”lər artıq yetişib. Bal kimi şipşirindir. Hər gün bizim uşaq bu ağacdakı meyvələrdən toplayıb sinif yoldaşları üçün aparır. Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində xaçmazlı bağban Qurban Qəribov deyib. Xaçmazlı bağban ölkəmizdə nadir rast gəlinən konfet ağacı becərir. Təsərrüfatçı 8 il əvvəl əkdiyi ağacdan artıq üç ildir “konfet” toplayır. Bağban bildirir ki, konfet ağacı kimi tanınan “Şirin hoveniya”nın vətəni Yaponiya, Şərqi Çin, Koreya və Himalay ətrafı ərazilərdir. “Noyabrın axırı-dekabrda ağac…

Read More
Bölgə 

Kədərlə sevinc bir arada – Ağdamın qızılı payızı FOTOLENT

Payız fəsli öz rəngarəngliyi, gözəllikləri ilə qəlbə sakitlik gətirir, insanın ruhunu oxşayır. Qızılı payız insanın ruhunu qidalandırsa, mənəvi rahatlıq versə də, Ağdamda kədər və sevinc hisslərini bir arada yaşayırsan. Payız müxtəlif rəng çalarları ilə sanki erməni işğalçılarının dağıdaraq viran qoyduğu Ağdam şəhərinə gözəllik gətirmək istəyir. Dağıntılar arasında həyatda qalmağı bacarmış Xan çinarı ağaclarının, həmçinin nar və digər kolların sarı-qızılı rəngləri Cümə məscidinə və yeni inşa olunan binalara xüsusi yaraşıq verir. Ağdam şəhərindən üzü dağlara doğru irəlilədikcə yolboyu Qarqarçayın, Şahbulaq dağının, Xaçınçay su anbarının ətrafında təbiətin yaratdığı müxtəlif rənglər, itburnu, böyürtkən,…

Read More
Bölgə 

Gədəbəyə mövsümün ilk qarı yağıb – FOTO VİDEO

Ötən gün axşam saatlarında Gədəbəy rayonuna mövsümün ilk qarı yağıb. ARANTV.AZ  xəbər verir ki, rayon mərkəzində və ətraf kəndlərdə qarın hündürlüyü təxminən 5-15 santimetr təşkil edib. Yollarda nəqliyyatın hərəkətində çətinlik qeydə alınmayıb. Elektrik və mavi yanacağın verilişində fasilələr yaşanmayıb. Hazırda bölgədə yağıntısız hava şəraiti hökm sürür.    

Read More
Bölgə 

Azərbaycanın bir sıra bölgələrində qar yağır – YENİLƏNİB + VİDEO

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına da ilk qar yağıb. “Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib. Daşkəsən, Gədəbəy və digər dağlıq rayonlara ilk qar yağıb. Temperaturun enməsi və qarlı hava şəraiti səbəbindən hələ ki fəsad qeydə alınmayıb. Qeyd edək ki, dünəndən etibarən Qərb bölgəsində küləkli, yağıntılı hava şəraiti müşahidə olunur. 09:14 Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Burada qar örtüyünün hündürlüyü…

Read More
Bölgə 

Azərbaycanın bir sıra bölgələrində qar yağır – VİDEO

Noyabrın 27-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Burada qar örtüyünün hündürlüyü 14 santimetrə çatır. Region üzrə ən aşağı temperatur (-8,6) Qudyalçay-Xınalıq məntəqəsində qeydə alınıb. Xızı rayonunun Altıağac qəsəbəsində qar örtüyünün hündürlüyü 13, Qusarın Ləzə kəndində isə 12 sm-dir. Quba və Qusarın rayon mərkəzlərində qar qeydə alınmayıb.   Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına da ilk qar yağıb. “Report”un Qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq yağan yağış sonradan qara çevrilib.…

Read More
Bölgə Region Xəbərləri 

Darğalar kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir – FOTOLAR

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Darğalar kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, kənd sakinlərinin də istifadə etdiyi 17,5 km Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolu yenidən qurulub, kəndin 3 km daxili yolları qum-çınqılla əsaslı təmir edilib, kəndin elektrik…

Read More
Bölgə Region Xəbərləri 

15 oktyabr 2023-cü il tarixi bir gündür.

15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqıma müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, Azərbaycan xalqı hər gün, hər saat öz müqəddəs məqsədinə doğru gedirdi. Hər gün Azərbaycan xalqı müqəddəs anı yaxınlaşdırırdı. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcunu yerinə yetirmǝyǝ başlayan Dövlət başçısı qarşısına bir nömrəli…

Read More