Gədəbəyə mövsümün ilk qarı yağıb – FOTO VİDEO
Ötən gün axşam saatlarında Gədəbəy rayonuna mövsümün ilk qarı yağıb.
ARANTV.AZ xəbər verir ki, rayon mərkəzində və ətraf kəndlərdə qarın hündürlüyü təxminən 5-15 santimetr təşkil edib. Yollarda nəqliyyatın hərəkətində çətinlik qeydə alınmayıb. Elektrik və mavi yanacağın verilişində fasilələr yaşanmayıb.
Hazırda bölgədə yağıntısız hava şəraiti hökm sürür.