Hadisə 

Xəzərdə ard – arda ZƏLZƏLƏ: nələr olur?

Xəzər dənizində növbəti zəlzələ qeydə alınıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Xəzər dənizində Bakı vaxtı ilə saat 07.28-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 30 kilometr dərinlikdə yerləşib.

Read More
Hadisə 

Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından satış məqsədi ilə narkotik alan Tərlan Quliyev rayonun Atbulaq kəndi ərazisində saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, adıçəkilən şəxsin üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqrama yaxın olan marixuana, heroin və tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

Təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur – AZAL rəsmisi

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı yaralanan vətəndaşlarla bağlı hər hansı məlumat yoxdur. Bunu jurnalistlərə açıqlamasında Hava limanlarının mətbuat xidmətinin rəhbəri Nərmin Xəlilova deyib. Onun sözlərinə görə, hadisə Qazaxıstanda ərazisində baş verdiyi üçün hazırda orada araşdırmalar davam edir: “Rəsmi qurumlar tərəfindən dəqiq məlumatlar araşdırmanın sonunda ictimaiyyətə təqdim olunacaq”. O əlavə edib ki, zərərçəkənlərin birinci dərəcəli ailələri Baş Prokurorluğun korpusunda qan verirlər. Hazırda oraya 14 nəfər göndərilib. Xatırladaq ki, dekabrın 25-də Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb.\\report.az

Read More
Hadisə 

Qəzaya uğrayan təyyarənin sərnişini danışdı: “Pilotun sayəsində…” – FOTO

Aktauda qəzaya uğrayan təyyarənin sərnişini qəzadan sonrakı ilk saniyələri danışıb. 48 yaşlı Subxonkulun sözlərinə görə, təyyarə 2-3 dəfə eniş etməyə cəhd edib. Sonra səs-küy eşidildi, lakin harada nəyin partladığı bəlli deyildi. Bundan sonra təyyarə fərqli istiqamətə uçmağa başlayıb. “Pilotun sayəsində o, öz manevri ilə bizi xilas etdi. O olmasaydı, hamımız öləcəkdik. Quyruq hissəsi çökdü”. Sübhonkul bildirib ki, oksigen maskaları yerə düşəndə ​​onların içində praktiki olaraq oksigen olmayıb. O, həmçinin bildirib ki, təyyarə qəzaya uğramazdan əvvəl bir müddət dövrə vurub. Kişinin dediyinə görə, onun yanında oturanların hamısı sağ qalıb. Sübhonkul möcüzəvi şəkildə sağ-salamat xilas…

Read More
Hadisə 

Cəlilabadda doğuşdan sonra əkiz körpələr vəfat ediblər

Cəlilabad rayonunda doğuşdan sonra əkiz körpələr vəfat ediblər. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 22 dekabr tarixində saat 23 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və Ginekologiya şöbəsinə 2002-ci il təvəllüdlü hamilə qadın daxil olub. Müayinə zamanı 24-25 həftəlik əkiz hamiləlik qeydə alınıb. Qadında vaxtından əvvəl doğuş prosesi başlayıb. Saat 00:00-da çəkisi 700 qram olan (kişi cinsli) körpə, 00:10-da isə çəkisi 650 qram olan (qadın cinsli) körpə (ekstremal azçəkili dərin yetişməzliklə) doğulub. Göstərilmiş bütün reanimasiyon tədbirlərə baxmayaraq 23 dekabr tarixində ölüm faktı qeydə alınıb.

Read More
Hadisə 

Kəlbəcərdə faciəli şəkildə ölən Şahların FOTOsu

Xəbər verildiyi kimi, dekabrın 21-də Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası olub. Rayonun Bəylik kəndi ərazisində rayonun Qamışlı kənd sakini 1974-cu il təvəllüdlü Dadaşov Şahlar Sabir oğlu idarə etdiyi “Niva” markalı avtomobili təxminən yüz metr hündürlükdən dərəyə aşırıb. Nəticədə Şahlar hadisə yerində dünyasını dəyişib. Mərhum özəl şirkətlərdən birində çalışırmış. Vəfat edən Şahlar Dadaşovun fotosunu təqdim edirik. Qeyd edək ki, qəza zamanı avtomobildə olan Bakı şəhər sakini 1991-ci il təvəllüdlü İbrahimbəyli Allahverdi Elşən oğlu müxtəlif bədən xəsarətləri ilə Kəlbəcər rayonunda xəstəxanaya yerləşdirilib. /Publika.az

Read More
Hadisə 

SON DƏQİQƏ! Tiktokerlər saxlanıldı – Aralarında Azər Zahid də var

TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.   ARANTV.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti bildirib.   Bildirilib ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.   Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.   Bildirilib ki,…

Read More