Təyyarə qəzasından sağ çıxanların vəziyyəti AÇIQLANDI
Qəzaya uğrayan təyyarənin 29 sərnişini xəstəxanaya yerləşdirilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Manqistau Səhiyyə İdarəsi məlumat yayıb.
Bildirilib ki, onlardan 11-i reanimasiyadadır. 11 və 16 yaşlı 2 yeniyetmə uşaq xəstəxanasına yerləşdirilib və əməliyyata hazırlanırlar. Hadisə yerindən 4 meyit tapılıb.

