Hadisə 

SON DƏQİQƏ! Tiktokerlər saxlanıldı – Aralarında Azər Zahid də var

TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.   ARANTV.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti bildirib.   Bildirilib ki, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.   Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.   Bildirilib ki,…

Read More
Hadisə 

Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyətləri açıqlanıb

Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin vəziyyətləri açıqlanıb. TƏBİB-dən “Report”a verilən məlumata görə, hadisə ilə bağlı 4 nəfər (3-ü qadın cinsli, 1-i kişi cinsli) Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Yüngül bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Read More
Hadisə 

Oğuzda AĞIR QƏZA – Xəsarət alanlar var

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var. Hadisə rayonun Bayan kəndi ərazisində baş verib. Oğuz rayon sakini 18 yaşlı Kənan Ellazovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Kənan Ellazov və avtomobildə olan sərnişin 37 yaşlı Oğuz rayon sakini Qafqaz Əsgərov xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. K. Ellazov və Q. Əsgərova Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndəriliblər. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.//APA

Read More
Hadisə 

“Qazlarım dəli oldu, fırlanıb öldülər” – VİDEO

Oğuzun Yaqublu və Yenikənd kəndlərində ev quşları kütləvi tələf olub. Quşlar arasında tələfat noyabr ayının sonundan başlayıb və bir həftə ərzində adıçəkilən kəndlərin əksər ərazilərini bürüyüb. Sakinlərin sözlərinə görə, axşam yemlədikləri ev quşları səhərə sağ çıxmayıb. Sakinlərin əksəriyyətinə 2000-3000 manat maddi ziyan dəyib. Anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, tələfatın kütləviliyinin qarşısını almaq mümkün olmayıb. Zərərçəkən Səadət Babayeva deyir ki, ev quşlarının hamısı qırılıb: “Onları bazarda satanda xeyli miqdarda pul alırdıq. Qazlarım dəli oldu, fırlanıb öldülər. Hind quşları və toyuqların hini boş qalıb, hamısı tələf oldu. 2000…

Read More
Hadisə 

Kəlbəcərdə avtomobil aşıb, ölən və xəsarət alan var

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. ARANTV.AZ xəbər verir ki, “Niva” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü – Kəlbəcər rayon sakini, 1974-cü il təvəllüdlü Şahlar Sabir oğlu Dadaşov aldığı xəsarətdən ölüb. Qəza zamanı habelə sərnişin – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Allahverdi Elşən oğlu İbrahimbəyli müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, qəza yolun buzlu olması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Toy evində KÜTLƏVİ DAVA

Ucarda dekabrın 20-si gecə saatlarında kütləvi dava olub. Rayonun Bağman kəndində keçirilən “ciyər axşamı”nda bir neçə şəxs arasında yaranan mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Bu zaman dörd nəfər 49 yaşlı Əlisahib Səlimov, oğlu 21 yaşlı Nicat Səlimov, 49 yaşlı Mehman Səfərəliyev və 33 yaşlı Mansur Səfərəliyev müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülən Ə.Səlimovun sözlərinə görə, toy məclisindən çıxanda oğlunun vurulduğunu görüb: “Onlar içkili idilər. Yəqin özlərini göstərirdilər. Düşmənçiliyimiz də olmayıb. Burnumu sındırıblar, gözümün altını qaraldıblar. Oğlumun da burnuna yumruqla vurublar”. Ətraflı Baku TV-nin süjetində:

Read More
Hadisə 

İsmayıllıda ağır qəza – ölənlər var

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda yol qəzası olub, 2 nəfər ölüb DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. *** İsmayıllıda avtomobil qəzası baş verib. Hadisə gecə saatlarında İsmayıllının Qurbanəfəndi kəndi istiqamətində baş verib. İlkin məlumatlara əsasən, “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində Oğuz rayon sakinləri 2000-ci il təvəllüdlü Rəşidov Səfər Etibar oğlu və digər Oğuz rayon sakini 2000-ci il təvəllüdlü Şükürlu Şükür Araz oğlu dünyasını dəyişib. Digər iki nəfər 1997-ci il təvəllüdlü Rəhimli Orxan Mehman…

Read More
Hadisə 

İsmayıllıda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi açılıb

Dekabrın 22-də saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Nəticədə sərnişinlər – 2000-ci il təvəllüdlü Səfər Rəşidov hadisə yerində və həmyaşıdı Şükür Şükürlü isə xəstəxanada ölüb. Sürücü və daha bir sərnişin isə xəsarət alıb. Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Türkiyə vətəndaşı Azərbaycanda ÖLDÜ

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib. Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib. İlkin ehtimala əsasən, o, ürəktutmasından ölüb. Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırmaya başlanılıb. (Report)

Read More