Hadisə 

Əri Bənövşəni qətlə yetirməmişdən əvvəl oğlunun gözü önündə çilçıraqdan asıbmışVİDEO

Paytaxtda baş vermiş amansız qətlin detalları məlum olub. Belə ki, hadisə noyabr ayının 8-də Suraxanı rayonu, Zığ qəsəbəsində baş verib. Kürəkən, 36 yaşlı Hikmət Bəylər oğlu Əkbərov gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə həyat yoldaşı, 27 yaşlı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb. Hadisə Hikmət və Bənövşənin dörd övladının gözü qarşısında baş verib. Mərhum B. Əkbərovanın bibisi bildirib ki, qızın bədənində çoxsaylı bıçaq yarası olub. Bir saat ərzində ölməyən qadını öldürmək üçün kişi bu dəfə stulu götürərək başına vurub. 12-13 yaşlı oğul atasının ayaqlarına yapışaraq, “Anamı öldürmə!” deyə…

Read More
Hadisə 

Şəhidin atası partlayış zamanı HƏLAK OLDU – TƏFƏRRÜATVİDEO

Gəncədə baş verən partlayış hadisəsinin detalları məlum olub. Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 47 yaşlı Asif Tağıyev fərdi yaşayış evinin həyətində mərmi ilə ehtiyatsız davrandığı üçün partlayış baş verib. Nəticədə, ev sahibi həyatını itirib. “Şəhid atasıdır, oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Metal tullantıları toplayıb satırdı”, – mərhumun qardaşı Arif Tağıyev bildirib. Qeyd edək ki, Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atası olub. Ətraflı Baku TV-nin süjetində:

Read More
Hadisə 

Güclü külək marketin dam örtüyünü uçurdu – FOTOLAR

Qəbələdə güclü külək marketin dam örtüyünü uçurub. Hadisə Qəbələnin Zarağan kəndi ərazisində qeydə alınıb. Belə ki, güclü külək kənddə yerləşən marketin dam örtüyünü uçuraraq magistral yola atıb. Xəsarət alan olmasa da bir neçə avtomobilə ziyan dəyib. Bir müddət yolda avtomobillərin sxılığı yaranıb. Sonradan hərəkət bərpa olunub./unikal.az

Read More
Hadisə 

Qarabağ separatçılarının cinayət işi məhkəməyə göndərildi

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırım, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işinin istintaqı aparılıb. Baş Prokurorluqdan BiG.AZ-a verilən xəbərə görə, 2 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə 1987-ci ilin oktyabr ayından 22 aprel 2024-cü il tarixədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərlik…

Read More
Hadisə 

Gəncədə sursat PARTLADI – Ölən var

Gəncə şəhər Məhsəti qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə qeydə alınıb. Məlumata görə, Daşkəsən rayonu sakini, 1974-cü il təvəllüdlü Asit Tağıyev sursatın partlaması nəticəsində aldığı xəsarətdən həyatını itirib. Qeyd edək mərhum həmin sursatı taparaq yaşadığı ünvana gətirib və ehtiyatsızlıqdan partlayış olub. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Qusarda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. DİN-in Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata görə 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Vətən müharibəsi qazisi qəzada həlak oldu – Foto

Vətən müharibəsi iştirakçısı, qazi Haxoy Hacıyev avtomobil qəzasında həlak olub. “Qafqazinfo”nun məlumatına görə, hadisə Göygöl rayonunun Çaykənd kəndi ərazisində qeydə alınıb. “Niva” markalı avtomobilin aşması nəticəsində 1997-ci il təvəllüdlü Hacıyev Haxoy Əlaslan oğlu hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, H.Hacıyev Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib və “Vətən uğrunda”, Qubadlı və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunmuşdu. Onu da əlavə edək ki, H.Hacıyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görüşdüyü qazilərdən biri idi.

Read More
Hadisə 

Dəm qazı can almaqda davam edir: Daha 2 qadın öldü

Bakıda daha iki nəfər dəm qazından boğulub. Lent.az-ın məlumatına görə, hadisələrdən biri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Digər hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı evin hamamında dəm qazından boğulub. Hər iki faktla bağlı aidiyyəti üzrə rayon prokurorluqlarında araşdırma aparılır.

Read More