Şəhidin atası partlayış zamanı HƏLAK OLDU – TƏFƏRRÜATVİDEO
Gəncədə baş verən partlayış hadisəsinin detalları məlum olub.
Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb. 47 yaşlı Asif Tağıyev fərdi yaşayış evinin həyətində mərmi ilə ehtiyatsız davrandığı üçün partlayış baş verib. Nəticədə, ev sahibi həyatını itirib.
“Şəhid atasıdır, oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Metal tullantıları toplayıb satırdı”, – mərhumun qardaşı Arif Tağıyev bildirib.
Qeyd edək ki, Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atası olub.
Ətraflı Baku TV-nin süjetində: