Hadisə 

Tələbə qəfil öldü

Azərbaycanda tələbə qəfil vəfat edib. ARANTV.AZ  xəbər verir ki, Milli Aviasiya Akademiyasının (MAA) yaydığı məlumata görə, “Fizika texnologiyaları” fakültəsinin Elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alan 2531a qrup tələbəsi Sadiq Səxavət oğlu Xankişiyev dünyasını dəyişib. Sadiq Xankişiyevin vəfatı ilə bağlı MAA rəhbərliyi, müəllimləri və tələbə yoldaşları ailəsinə və yaxınlarına başsağlığı verib, bu itkini dərindən hiss etdiklərini bildiriblər. Allah rəhmət eləsin!  

Read More
Hadisə 

Lerikdə məmurun meyiti TAPILDI

Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb. “Unikal”ın məlumatına görə, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd əraz üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir. Lerik Rayon İcra Hakimiyyətindən də məlumatı təsdiqləyiblər. Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil. Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Məktəbdə təcrübə zamanı müəllim və şagirdlər yaralandı

Bu gün Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə xoşagəlməz hadisə yaşanıb. BAKU.WS “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, kimya kabinetində 11-ci sinifdə keçirilən dərs zamanı sınaq şüşəsi çatlayaraq sınıb. Bu zaman fənn müəllimi və 4 şagird yüngül xəsarət alıb. Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki, buna səbəb təcrübə aparılarkən kimyəvi reaksiya ilə əlaqədar olaraq yaranan qızma olub. Dərhal təcili tibbi yardıma müraciət olunub, müəllim və şagirdlərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Read More
Hadisə 

Bakının mərkəzində yanğın

Bakıda yanğın baş verib. FHN Mətbuat xidmətindən BiG.AZ-a bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yardımçı tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Read More
Hadisə 

Naxçıvanda müəllim İNTİHAR ETDİ

Şərur rayonunda 55 yaşlı müəllim intihar edib. Lent.az xəbər verir ki, hadisə rayonun Dərvişlər kəndində qeydə alınıb. Kənd sakini Cabbarov Kamran Rafiq oğlu yaşadığı evdə özünü asıb. Qeyd edək ki, K.Cabbarov rayonun Çomaxtur kənd tam orta məktəbində hərbi müəllimi işləyib və bir ay əvvəl öz ərizəsi əsasında işdən çıxıb. Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

Maşının içində özünü dəm qazı ilə BOĞDU – Azərbaycanda GÖRÜNMƏMİŞ İNTİHAR

Azərbaycanda qeyri-adi intihar hadisəsi olub. Hadisə ötən gecə saat 12 radələrində Sabirabad rayonunun Nərimankənd kəndində baş verib. Qəhrəmanlı Məmmədxan Şamo oğlu yaşadığı evin həyətində saxladığı özünə məxsus olan “VAZ 2106” markalı avtomobilin mühərrikini işə saldıqdan sonra avtomobilin susdurucusuna (qluşitel) rezin borunu birləşdirib. Həmin borunu arxa qapının şüşəsindən içəri salıb özü də içəridə oturaraq, bütün qapı və pəncərələri bağlayıb. O, içəri dolan tüstü nəticəsində yaranan dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Bu ölkədə azərbaycanlını döyən partiya rəhbəri həbs edildi – DETALLAR

Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlıların Milli Kongresi Partiyasının sədri Əli Babayevin hədələnərək hücuma məruz qalması hadisəsi böyük narahatlıq yaradıb. Hadisə 2 dekabr tarixində baş verib. Babayev aptekə daxil olmaq istəyərkən Gürcüstanın Vətəndaşlar Partiyasının lideri Aleko Elisaşvili tərəfindən hücuma uğrayıb. Məlumata görə, Elisaşvili siyasi şüarlar səsləndirərək Babbayevin üzərinə yürüyüb və ona müxtəlif xəsarətlər yetirib. Hadisə nəticəsində Əli Babayev ciddi xəsarətlər alıb və dərhal xəstəxanaya yerləşdirilib. Gürcüstanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı dərhal araşdırmalara başlayıb. Aleko Elisaşvili Babayevə xəsarət yetirmək ittihamı ilə həbs edilib və üzərinə üç il həbs cəzası tətbiq oluna bilər.…

Read More
Hadisə 

Beyləqanda ata və 8 yaşlı oğlu qəzada öldü

Dünən Beyləqan rayonunda ağır yol qəzası baş verib.   Saat 19:20 radələrində Emin Həziyevin idarə etdiyi “VAZ 21214 Urban” markalı avtomobillə Elmidar Qafarovun sürdüyü “QAZ 33 0210” toqquşub.   Nəticədə E.Həziyev hadisə yerində, avtomobildə olan 8 yaşlı oğlu Rəvan isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb. Digər sürücü xəstəxanaya yerləşdirilib.   Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır./Qafqazinfo

Read More