Hadisə 

Bakıda hərbçi qəfil vəfat etdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon Şöbəsinin baş zabiti mayor Namiq Orucov qəfil vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 44 yaşlı hərbçi şənbə günü ürəktutmadan dünyasını dəyişib. Bildirilib ki, həmin gün N.Orucov şəhidlərlə bağlı tədbirdə iştirak edib. Bir neçə saat sonra o, ürəktutmadan vəfat edib.

Read More
Hadisə 

Vəzifəli şəxslər HƏBS EDİLDİ – RƏSMİ

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslər ifşa edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, bu istiqamətdə bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. “Belə ki, Bakı şəhəri, Qaradağ  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “T-Ekport” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə…

Read More
Hadisə 

Beşmərtəbəli binada yanğın – ZƏRƏRÇƏKƏN VAR

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, açarı və 3 paq.m. kabel yanıb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Yanğın zamanı tüstülənmiş mənzildən 1 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More
Hadisə 

Azərbaycanda ŞOK: tutulmamaq üçün narkotiklə dolu maşını yandırdı

Biləsuvar rayonunda polis və gömrükçülərin keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 37 yaşlı Adil Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb. Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində…

Read More
Hadisə 

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb

Bərdədə 4 kiloqram marixuana aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib. Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan Məhərrəm İsmayılzadə saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, M.İsmayılzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Füzulidə həkim səhlənkarlığı: 9 yaşlı uşaq əməliyyatın qurbanı oldu

Beyləqanın Kəbirli kənd sakini Orxan Vəliyev 9 yaşlı oğlunun həkim səhlənkarlığının qurbanı olduğunu iddia edir. O, övladını sünnət əməliyyatı etdirmək üçün Füzuli Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ancaq əməliyyat nəticəsində uşaqda ciddi xəsarət yaranıb. Orxan Vəliyev iddia edir ki, həkim məsuliyyəti boynundan atır: “Noyabrın 14-də oğlumu Əhəd həkimin yanına apardım və o, sünnət əməliyyatını həyata keçirdi. Səhəri gün uşağın qanaxması oldu. Həkimə zəng vurduq, dedi ki, narahat olmayın, keçib gedəcək, bu, adi haldır. Lakin oğlum əziyyət çəkirdi. Evdə baxarkən gördük ki, həkim uşağın cinsiyyət orqanını deşib. Yenidən Əhəd həkimin yanına getdim, o…

Read More
Hadisə 

Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edildi

Baş Prokuroruluğun vəsatəti əsasında Rusiyadan Azərbaycana iki nəfər eksradisiya edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan vətəndaşları Əskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib. Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Qeyd olunan…

Read More
Hadisə 

Bakı-Qazax yolunda ağır qəza – Avtobus yük avtomobili ilə toqquşdu

Yevlax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Read More