Hadisə 

Bakıda mənzildən 109 yaşlı qadının meyiti tapılıb

Bakıda evdən ahıl qadının meyiti aşkarlanıb. Bu barədə “İki sahil”ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində vətəndaşın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər tərəfindən doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısı müvafiq vasitələrlə açılıb və 1915-ci il təvəllüdlü Əhmədova Nübar Mayıl qızının meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub. ARANTV.AZ  Bakupost.az-a istinadla xəbər verir ki, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır. Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir. Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.    

Read More
Hadisə 

Lənkəranda Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb

Lənkəranda çağırışa gedən Təcili Tibbi Yardım avtomobili qəzaya uğrayıb. APA-nın cənub bürosunun verdiyi xəbərə görə hadisə axşam saatlarında, köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Gərmətük qəsəbə ərazisində baş verib. Belə ki, rayonun Aşağı Nüvədi kəndindən çağırış olub. Əraziyə yaxın olan Şürük kənd Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası həmin ünvana çıxış edib. Tibbi yardım avtomobili Gərmətük kəndi ərazisində hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili tibbi yardım avtomobilinə çırpılıb. Qəza nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan tibb bacısı və həkim xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.…

Read More
Hadisə 

Polisdən ƏMƏLİYYAT: Sayt rəhbərləri HƏBS EDİLDİ – RƏSMİ

Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri barələrində rüsvayedici məlumatlar yaymaqla hədəyərək onların pul vəsaitlərini ələ keçirən bir neçə sayt rəhbəri polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Musavat.com-un xəbərinə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) daxil olan çoxsaylı şikayətlər əsasında “Aztvnews.az” saytının baş direktoru Seymur Məmmədov, “Qaynar-xett.az” saytının baş direktoru Zaur Əhmədov, “Postbaku.net” xəbər saytının baş direktoru Eldəniz Mejdunov, “Aja.az” saytının baş direktoru Elvin Qurbanov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında…

Read More
Hadisə 

Maliyyəçi zabitin cinayət dosyesi məhkəməyə göndərildi -2 milyon 200 minlik oğurluq

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı yeni məhkəmə başlayır. Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş daha bir sabiq vəzifəli şəxsin ibtidai istintaqı tamamlanıb. Musavat.com-un məlumatına görə, təqsirləndirilən Elvin Cəfərov haqda Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində toplanmış materiallar məhkəməyə göndərilib. Elvin Cəfərovun əməli nəticəsində dövlətə 2 milyon 200 min manat ziyan dəyib. Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılacaq. Bu iş üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Müttəhim Elvin Cəfərov bir müddət əvvəl 143 milyonluq cinayətdən mühakimə…

Read More
Hadisə 

Müdafiə Nazirliyi: Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir – SİYAHI

Tovuzda yol qəzasında ölənlərdən beşi hərbçidir. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, noyabrın 27-də axşam saatlarında Tovuz rayonu ərazisində, xidmətdən kənar vaxtda şəxsi avtomobilin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusu – baş gizir Qurbanov Ruslan Əhliman oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Alıyev Qabil Qaybalı oğlu, çavuş Əliyev Bəhlul Aydın oğlu, çavuş Əhmədov Qələndər Mail oğlu və kiçik çavuş Mehdiyev Turan Cavad oğlu vəfat edib. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə…

Read More
Hadisə 

Ailə faciəsi: Ərini ölüm yatağında görən qadın intihar etdi – Eyni gündə dəfn edildilər

Ötən gün Oğuzda baş verən intiharın təfərrüatı məlum olub. APA xəbər verir ki, Oğuz rayonunun Bucaq kəndinin sakini, 56 yaşlı Leyla Osman qızı Musayeva xərçəngdən əziyyət çəkən ərini itirmək qorxusundan canına qəsd edib. Belə ki, Leyla Musayevanın əri, 70 yaşlı Eyyub Fərəc oğlu Musayev bir-neçə aydır ki, qan xərçəngindən əziyyət çəkir. Eyyub Musayev Oğuz Rayon Mərkəzi Xəstəxanasında uzun müddət müalicə alıb. Onun vəziyyəti ağır olduğu üçün bir-neçə gün əvvəl xəstəxanadan evə göndərilib. Noyabrın 26-sı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Oğuz rayon filialının həkim briqadası çağırış əsasında Eyyub Musayevi…

Read More
Hadisə 

“Roşka” ləqəbli tiktoker SAXLANILDI

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirlərlə 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb. Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.

Read More
Hadisə 

Azərbaycanda dəhşətli qəza: Çox sayda hərbçi HƏLAK OLDU – Hadisə yerindən GÖRÜNTÜLƏR

Tovuz rayonunun Ceyrançöl adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə avtomobildə vətəndaşların sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər. Hadisə yerində vəziyyət qiymətləndirilərkən məlum olub ki, “Mercedes” markalı avtomobil ilə VAZ-2106 markalı avtomobil toqquşub. Deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılmış insanların olduğu müəyyən edilib. Xilasedicilər xüsusi vasitələrdən istifadə edərək “Mercedes” avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər. Yol-nəqliyyat qəzası…

Read More