Hadisə 

Bakıda taksi sürücüsü motosikleti sıxışdırdı, türkiyəli gənc yıxılıb öldü – Anbaan görüntülər

Bakının Yasamal rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində Türkiyə vətəndaşı, 19 yaşlı Furkan Halvalı dünyasını dəyişib. Videogörüntüdə ağ rəngli taksi avtomobilinin motosiklet sürücüsünü sıxışdıraraq aşırdığı və gəncin yıxılan zaman başının bordürə dəydiyi əks olunub. Bildirilib ki, yıxılan gənc həyatını itirib. Məsələ ilə bağlı Daxili işlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə noyabrın 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. “Türkiyə Respublikası vətəndaşı Furkan Halvalının motosiklet qəzasında həyatını itirməsi faktına görə başlanan cinayət işi nəzarətə götürülüb. Hazırda cinayət işi üzrə Yasamal…

Read More
Hadisə 

Hamilə olan 41 yaşlı qadın niyə vəfat edib? – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Sumqayıtda hamilə qadın dünyasını dəyişib. Milli.Az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı Xəyalə Musayevə Sumqayıt şəhərində 4 mikrayonunda yaşadığı mənzildə ölüb. Mərhum uzun illərdir övlad sahibi ola bilmirmiş, 2 aylıq hamilə imiş . Məlumata görə, hadisə ötən gün axşam radələrində olub. Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. X.Musayevanın əvvəlcə təzyiqi düşüb, daha sonra isə vəfat edib.

Read More
Hadisə 

“Pişiyə oxşayırsan” dedi, müdiri tərəfindən döyüldü – Aptekdəki davanın TƏFƏRRÜATIVİDEO

Bakıda apteklərin birində qadın işçinin döyülməsini əks etdirən görüntülər yayılıb. İnsidentin təfərrüatları məlum olub. Hadisə təqribən 3 ay əvvəl paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən apteklərdən birində qeydə alınıb. Tərəflər arasında mübahisə oranın satıcısı A.K-nın aptekin müdiri Elnur Cabbarovu pişiyə oxşatmasından sonra yaranıb. Belə ki, A.K müdirinə “Sən kök pişiyə oxşayırsan” deyib. E.Cabbarov buna çox əsəbiləşib və xanım işçini döyüb. Bütün bunlar aptekin təhlükəsizlik kameralarına düşüb. A.K hadisə ilə bağlı polisə şikayət edib. Polis araşdırmalara başlayarkən A.K şikayətini geri götürüb və tərəflər arasında barışıq elan olunub. Bundan bir müddət sonra aptek…

Read More
Hadisə 

SON DƏQİQƏ! Hərbi ekspert Ədalət Verdiyev həbs edildi – SƏBƏB…

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd edilib ki, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı bu ilin noyabrın 22-də Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub. Fakta görə cinayət işi…

Read More
Hadisə 

1 milyon manata yaxın pul tələb edən məşhur tiktoker HƏBS OLUNDU

“Beniz” ləqəbli məşhur tiktoker həbs olunub. Mlumata görə, bu gün 1987-cu il təvəllüdlü Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. “Beniz” ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Qeyd edək ki, şikayətçi ilə tiktoker uzun müddət sevgili münasibətində…

Read More
Hadisə 

21 yaşlı gənc dəm qazından öldü

Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb. Hadisə noyabrın 23-dən 24-ə keçən gecə Şəki şəhəri M. Hüseynzadə küşəsi ev 40 ünvanında baş verib. 2003-cü il təvəllüdlü Süleyman Rəcəb oğlu Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvüləri tərəfindən aşkarlanıb. Hadisə yerinə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası cəlb olunub. İlkin müayinə və baxış zamanı 21 yaşlı S. Mustafayevin dəm qazından boğularaq həyatını dəyişdiyi məlum olub. S. Mustafayevin ölümünün səbəbinə dəqiqləşdirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil…

Read More
Hadisə 

Sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ÖLDÜ

Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb. Məlumata görə, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 1957-ci il təvəllüdlü Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72%-li sirkə turşusundan zəhərlənib. 67 yaşlı qadın mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, müalicə aldığı xəstəxanada vəfat edib.//APA

Read More
Hadisə 

Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu

Gəncədə bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Unikal”ın məlumatına görə, hadisə Gəncə Beynəlxalq Hava limanın yaxınlığında baş verib. Yüksək sürətlə hərəkətdə olan minik maşını beton hasara çırpılıb. Zərbənin təsirindən avtomobilin bir neçə ehtiyat hissəsi yolunun kənarına dağılıb. Qəzadan sonra avtomobildə yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, avtomobil yanaraq yararsız hala düşüb. Minik maşının sürücüsü 2005-ci il təvəllüdlü E.Paşayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib

Babək rayonunda qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, Babək rayon Cəhri qəsəbəsində bir neçə gün bundan öncə partlayış nəticəsində yanıq xəsarətləri alan R.Cəfərov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Məlumat üçün bildirək ki, hadisə noyabrın 12-də Babək rayon Cəhri qəsəbəsində baş verib. Hadisə nəticəsində ata və oğul yanıq xəsarətləri alıblar.

Read More