Hadisə 

Taksi qonağı hava limanından 139 manata gətirdi – DİN işə qarışdı

Bakıda COP29-da iştirak etmək üçün Afrikadan gələn əcnəbi qonağı taksi sürücüsü aldadıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Bildirilib ki, Bakı Beynəlxalq Hava Limanından paytaxtın mərkəzinə gediş Afrika təmsilçisinə 139 manata başa gəlib. Azərbaycanın Daxili İşlər Nazirliyi Burundidən olan qonağın şikayətinə operativ reaksiya verərək, iki saat ərzində taksi sürücüsünü saxlayıb. Pul isə şikayətçiyə geri qaytarılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Məktəb direktoru faciəvi şəkildə ÖLDÜ

Bu gün İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi “Toyota” markalı avtomobillə Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu “Hyundai” markalı minik maşını toqquşub. Nəticədə Əldursun İsayev ölüb, Vüsal Qənbəralıyev isə xəstəxanaya yerləşdirilib. “Qafqazinfo”nun məlumata görə, qəzada həlak olan Əldursun İsayev İmişli rayon Məzrəli kənd tam orta məktəbinin direktoru olub. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanlı qadın Türkiyədə güllələndi – DƏHŞƏT

Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda azərbaycanlı qadın silahlı hücuma məruz qalıb. Rayonun Cümhuriyyət Məhəlləsinin Baxçıvan küçəsində yolda gedən Şəlalə Mirzəliyə şəxsiyyəti məlum olmayan şəxs silahlı hücum edib. Hadisə yerinə təcili yardım və polis cəlb olunub. Ağır yaralanan qadın ilkin tibbi yardımdan sonra Sakarya Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib. Polis şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisə yerində aparılan araşdırmalar zamanı 6 ədəd mərmi aşkar edilib./Qaynarinfo.az

Read More
Hadisə 

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

İş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulur. Ə.Əliyevlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib. Mahiyyət xususi icraat – vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş hakim Nərmin Əhmədovanın sədrliyi ilə noyabrın 29-da baxılacaq. Qeyd: Bir neçə il öncə, iş adamının yerli mediada müraciəti dərc edilmişdi. Ə.Əliyev iddia edirdi ki, “Eurohome” tikinti bazarının sahibi Azay Möhnətovun bacısı oğlu Binyətov Elvin Səxavət oğlu…

Read More
Hadisə 

Kürdəmirdə mikroavtobus aşıb, beş nəfər xəsarət alıb

Kürdəmirdə yol qəzasında beş nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb. Qəza zamanı 5 nəfər – Göyçay sakinləri, 17 yaşlı Şəfa Bəkirov, 68 yaşlı Süleyman Rəhimov, 18 yaşlı Nərmin Ələkbərova, Bakı şəhər sakini Nəzakət Məmmədova və Yaqubov Dmitri Nubaxoviç müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Hazırda faktla bağlı araşdırma aparılır.\\”Report”

Read More
Hadisə 

Bakıda ağır qəza: 7 avtomobil toqquşdu – FOTO

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda 7 minik avtomobilinin iştirakı ilə qəza baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən xəbərə görə, 20.11.2024-cü il tarixində saat 20:00 radələrində Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. *** Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb. İlkin məlumata görə,…

Read More