Hadisə 

Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: Ata və oğlu öldü

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğlu ölüb. ARANTV.AZ-ın APA-ya istinadla məlumatına görə, hadisə saat 17 radələrində İmişliyə giriş avtomobil yolunda qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı minik maşını və “İj” markalı motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır yaralanan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Read More
Hadisə 

Tərtərdə polis vəfat etdi

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Dəm qazından ölən tələbə yeni ailə qurubmuş – TƏFƏRRÜAT

Azərbaycanda zəhərlənərək ölən tələbə barədə bəzi detallar məlum olub. “Unikal”ın məlumatına görə, Xaçmaz rayon sakini, 1999-cu il təvəllüdlü Balabacı Manafova ailəsi ilə birlikdə kirayədə yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, ağır vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərildikdən sonra paytaxtdakı Toksikologiya mərkəzinə aparılıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, B.Manafova vəfat edib. Əslən Xaçmaz rayonunun Çinartala kəndindən olan Balabacı Manafova bir ay öncə ailə həyatı qurub. Qeyd edək ki, Balabacı Manafova Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Turizm işinin təşkili ixtisası üzrə 5-ci kurs tələbəsi olub. Faktla bağlı cinayət işi…

Read More
Hadisə 

Anasının yas mərasiminə gedən kişi intihara cəhd edib? – VİDEO

Lənkəran rayonu, Zövlə kənd sakini, 60 yaşlı Rövşən Tarverdiyev ağır vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Həkimlər ona döş qəfəsini dəlib keçən güllə yarası diaqnozu qoyublar. Yaralı dərhal əməliyyata alınıb. Yaxınlarının bildirdiyinə görə, Rövşən Tarverdiyev ov tüfəngi ilə özünə xəsarət yetirib. “Həyətin qapısı açıq idi. Bir az irəliyə gedəndə gördüm ki, dayım yıxılıb, özünə xəsarət yetirib. Dərhal təcili tibbi yardıma zəng etdim ki, gəlib kömək etsinlər. O, Bakıda yaşayırdı, bizə qonaq gəlmişdi. Dünən anasının il mərasimi idi”, – deyə yaralının bacısı oğlu bildirib. Qeyd edək ki, R.Tarverdiyev…

Read More
Hadisə 

Bakıda polis avtoqəzada həyatını itirdi

Bakının Səbail rayonunda Salyan yolunda noyabrın 15-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. “Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib”, məlumatda vurğulanıb. Qeyd edilib ki, faktla bağlı cinayət işi başlanılıb.//Report

Read More
Hadisə 

Narkotik satmaqda ittiham olunan tiktokerin məhkəməsi keçirildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən Zeynəb Ən-Nəimənin növbəti məhkəmə prosesi keçirilib. “Unikal”ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə polis əməkdaşı şahid kimi ifadə verib. Hadisə vaxtı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsində təhqiqatçı işləmiş, hazırda Yasamal Rayon Polisi İdarəsinin 29-cu Polis Şöbəsində təhqiqatçı vəzifəsində işləyən şəxs ifadə verərək bildirib ki, Zeynəb Tapdıq qızı Ən-Nəimən saxlanıldıqdan sonra onun həyat yoldaşının ərəb millətindən olduğu müəyyənləşib: “Bütün prosessual hərəkətləri aparmışam, saxlanılan şəxsə hüquqları izah olunub. Evindən 77 ədəd metadon həbi götürülüb, ekspertizaya…

Read More
Hadisə 

Zaur Baxşəliyevə xəbərdarlıq edilməsi tələb olundu, məhkəmə isə… – Qətl işi

Bakının Qaradağ rayonunda tanışını qətlə yetirməkdə ittiham olunan 2006-cı il təvəllüdlü Məzahir Elşən oğlu Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, ATV-də Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində aparıcı bu cinayət işində adı keçən şahidə təsir edib. Onun sözlərinə görə, Zaur Baxşəliyev efirdə istintaq sirri olan cinayət işinin materiallarını səsləndirib. Vəkil məhkəmədən televiziya kanalına xəbərdarlıq edilməsini xahiş edib. Zərərçəkmiş İlham Haqverdiyevin hüquqi varisi, anası Xaliqə Əliyeva televiziyada verilişin…

Read More
Hadisə 

Tibb Universitetinin tələbəsi öldü: 597 balla qəbul olmuşdu – FOTO

Azərbaycanda tələbə vəfat edib. ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universiteti məlumat yayıb. Bildirilib ki, universitetin Stomatologiya fakültəsinin III kurs tələbəsi Nərmin Kamal qızı Hüseynova vəfat edib. Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirib, 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olub.

Read More