Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü
Bakıda Mənzil-Kommunal Təsərrüfat Birliyinə məxsus yük maşını piyadanı vurub. Hadisə Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi MKTB-yə məxsus QAZ-53 markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Faktla bağlı araşdırma aparılır./lent.az
Read More