Hadisə 

Elman Paşayev bu maddə ilə ittiham edilir – ŞOK DETAL

Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Ukraynaya qarşı xüsusi əməliyyatda iştirak edən məhbuslara pul qarşılığında arxa cəbhədə oturmağı təklif etməkdə şübhəli bilinir. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bundan əvvəl Elman Paşayev dələduzluq işi ilə bağlı saxlanılıb. Müstəntiqlərin fikrincə, o, Aleksey Blinovskinin ərini inandırıb ki, onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər. Məsələni həll etmək üçün Blinovski keçmiş vəkilə azı 18,5 milyon rubl və 300 min dollar pul köçürüb. Keçmiş vəkilin Şimal Hərbi Dairəsinə gedən məhbuslara pul müqabilində arxa cəbhədəki alaya keçməyi təklif edə…

Read More
Hadisə 

Bakıda 10 gün əvvəl əməliyyat olunan azyaşlı öldü

Bir neçə gün əvvəl Bakıda boğazından əməliyyat edilən qız vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın 15-i Lənkəranın Separadi kənd sakini, 2015-ci il təvəllüdlü Sevinc Elman qızı Əzimzadə Bakıda yerləşən 2 saylı Uşaq Xəstəxanasında boğaz nahiyəsindən cərrahi əməliyyat olunub. Bir gün sonra isə evə buraxılıb. Sentyabrın 25-i saat 09 radələrində azyaşlı qanaxma səbəbi ilə rayon Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Lakin az sonra o vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Toyu olacaqdı, faciəvi şəkildə öldü – FOTO

Ağcabədi rayonundakı qəzada ölən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olub. Mahir Şükürzadə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində xilasedici vəzifəsində çalışıb. Mərhum nişanlı olub və bu yaxınlarda toyu olacaqmış. Nənəsi vəfat etdiyi üçün toy təxirə salınıb. Qeyd edək ki, hadisə işdən kənar vaxtı Ağcabədinin Poladlı kəndində qeydə alınıb. Mahir Şükürzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Tofaş” markalı avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən M.Şükürzadənin həyatını xilas etmək mümkün olmayıb./unikal.az

Read More
Hadisə 

İcra başçısının qardaşı faciəvi şəkildə öldü

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib. “Qafqazinfo” xəbər verir ki, icra başçısının qardaşı, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi dünən saat 16 radələrində Abşeron rayonunda iş yerində elektrik cərəyanı vuraraq öldürüb. Məlumata görə, 53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırmış. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, hadisə barədə ilk məlumatı modern.az yayıb.

Read More
Hadisə 

Azərbaycan-İran sərhədində insident – 4 nəfər saxlanıldı

İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Read More
Hadisə 

Tələbə arvadını və 8 aylıq körpəsini öldürən ata məhkəmədən VAXT İSTƏDİ

Həyat yoldaşı və 8 aylıq körpəsini öldürməkdə təqsirləndirilən Fərid Hüseynlinin məhkəməsi davam etdirilib. Lent.az-ın məlumatına görə, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən onlayn prosesdə onun vəkili çıxışı edib. Daha sonra son söz demək üçün Fərid Hüseynliyə söz verilib. Lakin o, son söz demək üçün məhkəmə zalından çıxış edəcəyini əsas gətirərək məhkəmədən vaxt istəyib. Məhkəmənin son iclası oktyabrın 7-nə təyin edilib. Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Samir Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki,…

Read More
Hadisə 

Kolbasa şirkətində FACİƏ: ölən var

Azərbaycanda kolbasa istehsal edən şirkətdə bədbəxt hadisə baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) qeydə alınıb. Orada işləyən, Lənkəran rayon sakini, 1971-ci il təvəllüdlü Habil Böyükağa oğlu Quliyevi elektrik cərəyanı vuraraq öldürüb. Faktıa bağlı Abşeron rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Read More
Hadisə 

Tələbə qız vəfat etdi – Foto

Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Read More