Hadisə 

Azərbaycanda şagird sinif yoldaşının atası tərəfindən döyüldü

Beyləqan rayon 1-ci Şahsevən kənd Əli Rüstəmov adına tam orta məktəbdə şagirdlər arasında mübahisə baş verib. ARANTV.AZ xəbər verir ki, modern.az-ın məlumatına görə, mübahisədən sonra şagirdlərdən birinin valideyni digər məktəbliyə xəsarət yetirib. Mövzu ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu 1-ci Şahsevən kəndi Əli Rüstəmov adına 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Musa Zahid oğlu Həsənov sinif yoldaşı Yusif Ruslan oğlu İbişzadənin atası tərəfindən döyülüb: “Şagird Musa Həsənovun anası, məktəbin ibtidai sinif müəllimi Səidə Həsənova Daxili İşlər Nazirliyinin 102 “qaynar xətt”inə zəng edərək polisə şikayət…

Read More
Hadisə 

7 körpənin ölümünə yol açan məşum yanğın məhkəmədə araşdırılacaq – PERİNATAL MƏRKƏZ RƏSMİLƏRİ MÜTTƏHİMDİR

Bu gün, sentyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı məhkəmənin hazırlıq iclası keçiriləcək. Hakim qarşısına Mərkəzin həbs edilən direktoru və anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli və həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev çıxarılacaqlar. ARANTV.AZ  xəbər verir ki, cinayət işi hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə araşdırılacaq. Məşum olay bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş verib. Yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət…

Read More
Hadisə 

Su polisindən uğurlu narkotik əməliyyatı- ANBAAN VİDEO

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. ARANTV.AZ xəbər verir ki, İdarə əməkdaşları xidməti əraziyə daxil olan Xəzər dənizinin Qaradağ rayonunda yerləşən sahilində satış məqsədilə narkotikləri əldə edən Bakı sakini, 1984-cü il təvəllüdlü Vüqar Əliyevi saxlayıb. Ondan külli miqdarda psixotrop maddə olan metamfetamin, heroin, tramadol və 51 ədəd digər növdən olan təsiredici həb götürülüb. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir. Həmçinin Su Nəqliyyatında…

Read More
Hadisə 

Yevlaxda 39 yaşlı kişinin ölümünə sevgilisi səbəb olub? – VİDEO

Yevlax sakininin avtomobillə qəsdən adam vurmasının detalları məlum olub. Belə ki, aralarında baş verən mübahisə nəticəsində 1981-ci il təvəllüdlü, rayon sakini Zamin Cavadov 1985-ci il təvəllüdlü Elvin İbrahimovu avtomobillə vuraraq öldürüb. Mərhumun bacısı Bahar Sərdarova qətl hadisəsinin qadına görə baş verdiyini bildirib: “Hadisə ilə bağlı işdə olarkən eşitdim. Elvinin evli olduğunu bilsə də, ondan əl çəkmirdi. Elvin onunla ayrılmaq istədiyini deyən də, qız ona “səni öldürəcəyəm” deyib”. Elvin İbrahimovun bibisi Dursun Atakişiyeva da deyilənləri təsdiq edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən Zamin Cavadov həbs edilib. Qeyd edək ki,…

Read More
Hadisə 

Daxili Qoşunların hərbi qulluqçusu faciəvi şəkildə öldü

Sentyabrın 22-də Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib. ARANTV.AZ xəbər verir ki, 23 yaşlı leytenant xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbi qulluqçu göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Read More
Hadisə 

Yeniyetmə aeroport yolunda dəhşətli zəncirvari qəzaya səbəb olduFOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər yaralanıb. Aeroport şosesində dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşınını BMW markalı nəqliyyat vasitəsinə çırpıb. Zərbənin təsirindən “Range Rover”in sol arxa təkər sistemi qırılıb. Həmin vaxt “Toyota Prius” markalı avtomobilin sürücüsü qəzaya uğrayan şəxslərə kömək üçün avtomobilini hadisə yerində saxlayıb. Yüksək sürətlə hərəkətdə olan “Hyundai” markalı maşınının sürücüsü avtomobilini dayanan hər üç nəqliyyat vasitəsinə çırpıb. Zərər çəkən sürücülər bildiriblər ki, “Hyundai”ın sürücüsü yeniyetmə olub. Qəzaya səbəb də sürücünün avtomobilin salonunda mobil…

Read More
Hadisə 

Son Dəqiqə: Hərbçimiz həlak oldu

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bayramov Musa Səhliyar oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. ARANTV.AZ  xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı…

Read More
Hadisə 

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ açıqlandı

Şuşada baş verən yol qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb. TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır. Qeyd edilib ki, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir. Hadisə ilə bağlı araşdırmalar davam edir. Xatırladaq ki, ötən gün Şuşa rayonunun Turşsu ərazisində Ford Transit markalı mikroavtobus…

Read More
Hadisə 

Azərbaycanda 16 yaşlı qız turşudan zəhərlənərək ÖLDÜ

Şərur rayon sakini turşudan zəhərlənərək ölüb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Kürkənd kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Ələkbərova Gülnaz Cəmil qızı konservləşdirilmiş xiyar turşusunu yedikdən sonra zəhərlənib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.

Read More